Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5839

Digər sorğular

“AZƏRPOÇT” MƏKTUBU AVROPA MƏHKƏMƏSİNƏ GÖNDƏRMƏKDƏN İMTİNA EDİR

21:40  |    27 İyun 2018  |   E-mail  |  Çapa göndər
Məğrub BEDELSOY/QAZİ | [email protected]

Prezident Administrasiyasının qarşısında təkbaşına etiraz keçirməyimə və jurnalist fəaliyyətimə görə 2 il qabaq ağır yaralı durumda 5 saat 9-cu Polis Bölməsində həkim yardımına imkan verilmədən işgəncəyə uğramağım , 1 il qabaq isə evimdən döyə-döyə , ayaqyalın, qolu qandallı 24-cü Polis Bölməsinə aparılıb mətbuatda çıxışlarımın qadağan edilməsi xəbərdarlığından sonra sərbəst buraxılma pozuntuları ilə bağlı 24 may 201 8-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsinə RR008093825AZ ştrix kodlu, xəbərnaməli məktub göndərmişəm. “Azərpoçt”un internet üzərindən sifariş etdiyim bir neçə kiçik ölçülü bağlamanı “gömrüyün və keçmiş MTN-in işinə qarışa bilməməsi” adına indiyədək verməkdən imtinası, bir neçə il qabaq Avropa Məhkəməsinə xəbərnaməli , sifarişli məktublarımı it-bata salması bu yol məktubun üzərində vəkilimin adını vurğulamağıma nədən oldu. Heç demə böyük yanlışlıq etmişəm. Vəkilim İntiqam Əliyevin adı ilə göndərdiyim məktubu “Azərpoçt”un elektron hökumət portalında izləyəndə onun göndərən ölkənin mübadilə məntəqəsindən təyinatı üzrə göndərilməməsinə ağlabatan cavab verilmədi. “Azərpoçt”un direktor müavini Sübhan Kazımov 05.06.2018 tarixli məktubla məktubun mənə aid olmadığını və ştrix-kodu dəqiqləşdirməyi (??) , poçt göndərişinin izlənməsinin ad ilə yox, kod ilə yoxlanılmasını anladanda isə 14.06.2018-ci il tarixli məktubla kodun mənə məxsus olmadığını “əsas” tutub məktubun yola salınmamasını izah etdilər. Vəkilimə isə məktubla araşdırma aparıldığını bildiriblər.(Hər 3 məktub əlavə olunur) .Beləcə bir aydan çoxdur hər gün məktubun göndərilməsini tələb edirəm, poçt yazır ki, məktubun mənə aidliyi olmadığından onun niyə göndərilməməsi barədə mənə məlumat verilə bilməz. Başqa sözlə “Azərpoçt” məktubun “fatihəsini oxutdurub”. Fatihəni Dövlət Təhlükəsizliyi Xidmətinin, Gömrük Komitəsinin, yoxsa başqasının oxumasını bilmirəm . Onu bilirəm ki, Avropa Məhkəməsinə şikayətləri hakimiyyət belə əngəlləyir. Vəkilim şikayəti yenidən yazacağını bildirib. Yəqin bu yol qonşu Gürcüstan postunun xidmətindən yararlanmalı olacağam. Hakimiyyət “qarşılıqlı hüquqi yardım “ adına əngəl törətməsə. ..

P. S. Yazı çapa gedərkən poçt göndərişlərinin izlənilməsi portalından məktubumun 25.06.2018-ci ildə -bir aylıq “fatihə monitorinqi”ndən sonra yola “çıxdığını” öyrəndim. Amma bu məktubun içindəkilərin “rastamojka” sonucunda hansı kökə düşdüyünü göz önünə gətirmək çətin deyil.








Sosial şəbəkələrdə paylaş



 
Müəllifin son yazıları
30.07.2015 ŞƏRƏF DUSTAQ OLUB ŞƏRƏFSİZLİYƏ...(ŞEKSPİR)