Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5836

Digər sorğular

DEMOQOQUN BÖHTAN VƏ ŞƏRLƏMƏ ŞANTAJI, yaxud Ağsulu Adilin “inormasiya reketliyi“

21:57  |    27 İyun 2018  |   E-mail  |  Çapa göndər

Zövqümü korlamamaqdan yana, “Hürriyyət” də içində olmaqla 2-3 kütləvi informasiya vasitəsindən başqa sayt , informasiya mənbəyi izləmirəm.

Obyektivliyindən daha çox vətən uğrunda döyüşilərdə verdiyi şəhidlərlə tanınan sözügedən saytın “Reytinq”dən götürdüyü böhtan və şərləmə xarakterli “Səlim Müslümovun vəzifədə olan qohumları” başlıqlı yazısını, daha doğrusu Ağsudan Adil Oruclu adlı şəxsin “donos”unu elə başlıqdan götürüb oxuyanda içimdən gələn səs bu “donos”a cavab verməyə səslədi.

Bəri başdan deyim ki, indiki “donosbazlar” sovet dönəmində demoqoq kimi tanınırdı və bizlərdə insanların özlərinə yaşamaq üçün tikdiyi qurğuya “ev“ deyilir. ( “Villa” italyanların leksikonundan götürülüb ).Hamı kimi bizim kənd də qohumların birgə yaşayış yeridir. Yəni kənddə qohumluq bağlarının olması adi haldır və bunu sensasiya kimi qələmə vermək, ən azı, gülüncdür. Onu da vurğulayım ki, Adil Oruclu iddia etdiyi kimi, 80 minlik kafe tikə bilirsə, 25 ilin rəhbər işçisi niyə özünə doğma kəndində ev tikməsi belə “sensasiyon” bilgi olmalıdır? Bundan başqa, Adil “donos”unda iddia edir ki, onun park tikintisi amacı ilə sökülən “memarlıq abidəsi” -kafesini icra başçısı 6 il qabaq 80 min manat qiymətləndirib. Birincisi, axı əmlakın dəyərini başçı müəyyən etmir! ? İkincisi, hanı bu anlaşma kağızı? Üçüncüsü, belə mübahisələr məhkəmədə çözülür. Niyə “donos” müəllifi 6 ildir məhkəmə yolunu yox, başçını və qohumlarını şantaj etmək yolunu seçib? Yaxşı, tutaq ki, icra hakimiyyətindən donos yazıb, “Mersedes”, pul qazandın, bəs axı, başçının qohumlarının “kadrların uçotu vərəqi”ni yaymağın adı nədir? “Donosbaz” bilmir ki,bu sətirlərin yazarının uşaqlıq -döyüş dostları,qohumları Radim, Mirfətulla, Mirfazil maliyyə, bank, polis sistemində rəhbər görəvlər tutanda Səlim Müslümov hələ təhsil alırdı? Tutaq ki, bu “donos” bazaya, yəni sayta girdi, bəs sayt niyə bunu yoxlamadan dərc edir? Adları çəkilən digər şəxslərin gömrükdə, polisdə, hərbi qurumda, prokurorluqda, fondda, yol qurumunda işləməsinin dövlətin təhlükəsizliyinə hansı təhlükəsi var? Bəyəm bu qohumlar təhsil alıblar ki, işləməsinlər? Özü də bu “donos”lar çoxdan köhnəlib. Nə yeznə Pirallahıda yol idarəsinin rəisidir, nə qayın bankda yüksək görəv daşıyır,nə də bacınəvəsi ƏƏSMN -də işləyir.

Bacanaqların eyni gündə işdən çıxarılması da xəstə təxəyyülün məhsuludur. Sadəcə yüksək ixtisaslı nazir müşaviri Yalçın Müslümov rəhbərlik dəyişən kimi ərizəsini yeni nazirə təqdim edib, lakin nazir qəbul etməyib. Onsuz da “Xəzər” Universitetinin məzunu, yüksək ixtisaslı mütəxəssis Yalçın bibim nəvəsini əmisi oğlu zorla özünə müşavir etmişdi, Yalçın özəl sektorda nazirlikdəkindən qat- qat çox qazanırdı və qat-qat az işləyirdi. Başçının oğlunun guya şərab biznesini yönəltməsi isə “ informasiyon” şərləmənin yuxarı həddidir. Göydən Allah baxır, seyid hara, şərab hara? Elə böhtan, şər deyin ki, heç olmazsa azca gerçəyə oxşasın. Qorxmursunuz, bu əyri böhtanla ağzınız əyilər? Doğma kəndimiz Pirhəsənlidə hamının sosial müavinət alması “donosu” da ağ yalandır. 3 körpə uşaqlı işsiz bacım oğlunun 5 nəfərlik ailəsi, qardaşım uşaqlarının eyni sayda ailələri dövlətdən heç bir yardım almır. Özüm kəndin yeganə zabit Qarabağ əlili olsam da, yeganə torpağı olmayan da mənəm. Rayon xəstəxanasının qadın baş həkiminin adını hallandırmaq isə ümumiyyətlə “donos”un və onun “bazı”nın ərlikdən -kişilikdən kasad olmasını ortaya qoyur. Xanım baş həkimin də qohumları məmur olmamışdan öncə xəstəxanada öncə müavin, sonra baş həkim işləməsi də faktdır. O ki qaldı, qardaşım oğlu Zaur Bədəlovun baş həkimin kürəkəni olmasına və Qusarın polis rəisi postunu tutmasına, burada nə suç var? “Donosbazlar“ memarlıq üslubunda (bəyəm başqa üslub da var?) tikdiyi kafelərdə arvad tumanı altında gizlənəndə Zaur 20 yaşında Qarabağda döyüşlərdə olub. Eləcə də başçının 40 il polis sistemində işləyən qardaşı Mirfazil Seyidəliyev Qarabağ savaşı veteranıdır. Pirhəsənli qohumların “kadrların uçotu vərəqi “ni tərtib edənlər niyə bu faktları uçotdan gizlədirlər? Ümumiyyətlə, yeznə-qayın,kürəkən,əmoğlu, dayoğlu yaxın qohum sayılmır və “donos” müəllifi yaxın qohumların siyahısını Cinayət Prosessual

Məcəlləsindən (CPM) və Ədliyyə Nazirliyindən öyrənə bilər. Odur ki, informasiyon “donosbazlıqla” nəyəsə nail olacaqlarını güman edənlər yanılırlar. Ən yaxşı halda, elə CPM və Cinayət Məcəlləsinin müvafiq maddələri ilə tanış olmaq zorunda qalacaqları təhlükəsi gerçəkdir. Axı, şər-böhtan yaymağın bir ucu cinayət məsuliyyətinə gətirir.

15 ay öncə dünyasını dəyişən dayım oğlu, şair Sabir Sarvanın (kaş Sabir sağ olaydı, nə dərsinizi verərdi!) şeirindən sətirlərlə yazını-cavab haqqımı bitirirəm:

Kişilər kəndini qiblə biliblər ,

Onla ağlayıblar, onla gülüblər.

Böhtan danışmısan qəzəbləniblər,

Day bir də düşməsin yönün kəndimə.

Məğrur Bədəlsoy
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
31.07.2018
Mattarella Bakıdan sonra niyə İrəvana getdi? Şərh
30.07.2018
Bu hərbi bazaları ona görə qapatdıq ki... - Lavrov
28.07.2018
Baxçalıdan Trampa: Bu ayıbdır, əxlaqa ziddir!
26.07.2018
Zaranı qəsddən göndəriblər- deputatdan sensasion iddia
25.07.2018
"Jara"dan Zaranın tədbirdə iştirakı ilə bağlı - Açıqlama