Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6270

Digər sorğular

Mədəniyyət Nazirliyi yanında Dövlət Xidmətinə yeni rəis - SƏRƏNCAM

01:18  |    28 İyun 2018  |   E-mail  |  Çapa göndər

Prezident İlham Əliyev sərəncam imzalayıb.

Qaziler.az bildirir ki, Ölkə başcısı Zakir Sultanovu Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinə rəis təyin edib.
Qeyd edək ki, Zakir İmran oğlu Sultanov 1985-ci ildə Bakı şəhərində 6№-li orta məktəbi bitirdikdən sonra 1985-1992-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri Universitetinin inşaat fakültəsində ali təhsil alıb.

1986-1988-ci illərdə hərbi xidmətə olub. 1983-cü ildən əmək fəaliyyətinə başlayıb. Əmək fəaliyyəti dövründə Əhaliyə Məişət Xidməti Nazirliyində, Daxili İşlər Nazirliyinin Tikinti İdarəsinin Sənaye Kombinatında, “Asiman” Assosiasiyasında, Xətai Rayon İcra Komitəsində, Xətai Rayon İcra Hakimiyyətində, Bakı Şəhər İcra Hakimiyyətində, Müdafiə Nazirliyində müxtəlif vəzifələrdə işləyib. 2006-2014-cü illərdə Mədəniyyət və Turizm Nazirliyinin Tikilən Obyektlərin Birləşmiş Müdiriyyətinin rəisi vəzifəsində işləyib. 2014-cü il tarixindən Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi vəzifəsində işləyib.

Azərbaycan Respublikasının Prezidentinin 10.04.2014-cü il tarixli 371№-li sərəncamı ilə “Tərəqqi” medalı və 23.04.2018-ci il tarixli 19№-li sərəncamı ilə “Əməkdar mühəndis” fəxri adı ilə təltif edilib.
Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
11.03.2019
Bakı Dövlət Universitetinə yeni rektor təyin olundu
01.03.2019
Prezident Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı sərəncam imzalayıb
28.02.2019
Prezident İlham Əliyev problemli kreditlərin həlli ilə bağlı fərman imzalayıb
16.02.2019
Prezident Siyavuş Novruzovu "Şöhrət" ordeni ilə təltif edib
11.02.2019
Milli komandalarımızda yeni baş məşqçilər - rəsmi