Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5961

Digər sorğular

Erməni futbolçu Bakıya gələcəkmi?

19:30  |    27 İyun 2018  |   E-mail  |  Çapa göndər


Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Qəbələ"nin rəqibi olan "Proqres" erməni futbolçusu Aleksandr Karapetyanı ölkəmizə gətirməyəcək.

Qol.az-ın Lüksemburq mətbuatına istinadən yaydığı xəbərə görə, bu barədə klubun meneceri Tomas Qilqemann məlumat verib. O bildirib ki, Azərbaycan və Ermənistan arasında davam edən münaqişəyə görə bu addımı atıblar.

"O, yaxşı fiziki formadadır və Azərbaycana getmək istəyir. Ancuq bu məsələdə qərar futbolçuya yox, bizə məxsusdur. Klub rəhbərliyi futbolçunun təhlükəsizliyini qorumaq və lazımsız riskdən qaçmaq üçün bu addımı atıb".

Lüksemburq mətbuatı 2015-ci ildə Avroliqanın pley-of mərhələsində "Qəbələ" ilə qarşılaşan Dortmund "Borussiyası"nın da eyni səbəbdən həmin vaxt alman klubunun heyətində çıxış edən erməni futbolçu Henrix Mxitaryanı Azərbaycana aparmadığını yazıb.

Xatırladaq ki, "Qəbələ" - "Proqres" oyunu iyulun 12-də Qəbələdə keçiriləcək və saat 20:00-da başlayacaq. Komandalar arasında cavab oyunu isə iyulun 19-da Lüksemburqda olacaq.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Kamran millinin heyətindən çıxarıldı
16.11.2018
"Millətlər Liqası dərhal ləğv olunmalıdır" - Berti Foqts
11.11.2018
Amerikalı döyüşçü Həbibi təhdid etdi: Dalınca gəlmişəm
11.11.2018
Tanınmış idmançımız boğucu fəndə düşdü, huşunu itirdi - VİDEO
10.11.2018
Azərbaycan karateçiləri dünya çempionatında