Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5705

Digər sorğular

Düşmənin müharibə qorxusu - Erməni general etiraf etdi

14:59  |    27 İyun 2018  |   E-mail  |  Çapa göndər


“Azərbaycan hərbi heyətini mütəmadi olaraq çalışdırır, irimiqyaslı təlimlər keçirir və strategiya hazırlayır. Bütün bunlar ondan xəbər verir ki, biz istənilən prosesə hazır olmalıyıq”.

AzVision.az xəbər verir ki, bunu işğal altında olan Qarabağda yaradılan qondarma qurumun “müdafiə naziri” Levon Mnaçakanyan “Hetq.am” saytına açıqlamasında deyib. O, bildirib ki, rəsmi Bakı ictimaiyyəti müharibəyə hazırlayır.

“Bakıda Türkiyə hərbçilərinin iştirakı ilə böyük hərbi parad keçirilib. Azərbaycanda keçirilən hərbi paradda Türkiyə hərbçilərinin iştirakı rəsmi Moskva və Tehran üçün mesaj olmalıdır. Türkiyə-Azərbaycan arasında mövcud iqtisadi, logistika, enerji bloku artıq hərbi tandemə çevrilir. Türkiyənin hərbi ekspansiyası Xəzər dənizinə qədər çatıb. Ən əsası isə artıq Azərbaycan Belarus istehsalı olan “Polonez” raket kompleksi və İsraildən “LORA” raketləri alıb. Bundan başqa Azərbaycan PUA-lar da istehsal etməyə başlayıb. Bu, o deməkdir ki, Qarabağda yeni müharibə hərbi-texniki baxımından əvvəlkindən fərqli olacaq - bu, “smart war” olacaq. Rəsmi Bakı canlı qüvvənin qorunmasına və yeni hərbi texnikanın istifadəsinə diqqət yönəldəcək”, - deyə separatçı "nazir" qorxusunu gizlətməyib.

Mnaçakanyan, həmçinin etiraf edib ki, Azərbaycan ordusu ən yeni hərbi texnika ilə təchiz edilib: “Bu isə o deməkdir ki, bu gün başlayacaq münaqişəyə cavab vermək üçün günlər deyil, saatlar lazım olacaq. Rəsmi Bakı aprel müharibəsi zamanı erməni tərəfini əsas mərkəzdən diqqətini yayındırmaq üçün müxtəlif istiqamətlərdən hücum edib. Azərbaycan Xankəndinin bir neçə on kilometrliyində yerləşən Ağdam istiqamətində böyük qüvvələr toplayıb. Bu, tank nüfuzu baxımından təhlükəli istiqamət sayılır”.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
23.07.2018
"Allah bizi Şəhidlər Xiyabanına belə gəlib-getməkdən bezdirsin" - VİDEOREPORTAJ
23.07.2018
Ağdamın işğalının 25-ci ildönümünə Antalyada foto sərgi
23.07.2018
Ağdamlı gənc Baş leytenantın arzusu: “Aprel döyüşlərinin yenidən təkrar olunacağı günü gözləyirəm“
23.07.2018
Xalq artistindən qandonduran sözlər: “Meyitləri "kamaz"a doldurub...”
23.07.2018
AĞDAM -işğaldan əvvəl və sonra