Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5687

Digər sorğular

Soros AŞPA-ya böyük təzyiqlər göstərir - Aqramunt

18:57  |    26 İyun 2018  |   E-mail  |  Çapa göndər

Avropa Şurası Parlament Assambleyası nəzdində Azərbaycana və digər bəzi ölkələrə qarşı ikili standartlar yürüdülməsi adət halını alıb.

Uzun illər bu cür hallara qarşı mübarizə aparmışam. Bəzi ölkələrin lobbi qrupları AŞPA-da Azərbaycan, Rusiya təmsilçilərinə və hətta mənə qarşı böyük təzyiqlər göstəriblər.

Bu fikri Azərtac-a müsahibəsində ispaniyalı parlamentari Pedro Aqramunt söyləyib.

O deyib ki, Avropa Şurasında lobbi təzyiqləri böyükdür və onların arxasında iqtisadi maraqlar dayanır. Neçə illərdir bu qurumda ikili standartların şahididir.

Pedro Aqramunt Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bildirib ki, Ermənistanda hakimiyyət dəyişikliyindən sonra hansı yeniliklərin olacağı bəlli deyil, ancaq onun mövqeyi aydındır:

“Mən həmişə Azərbaycanın ərazi bütövlüyünü tanımışam, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunduğunu demişəm. Dağlıq Qarabağ və ona bitişik 7 rayonun 25 ildən artıqdır Ermənistanın işğalı altında olması faktdır. Hərbi işğalın davam etməsi qəbuledilməzdir. Avropa bunu qəbul edə bilməz. Münaqişənin həlli tapılmalıdır. Plenar iclaslarda bunu dəfələrlə səsləndirmişik.

Təəssüf ki, AŞPA-da Corc Soros fondu tərəfindən maliyyələşdirilən lobbi qrupları və QHT-lər bəzi ölkələrə və deputatlara qarşı təzyiq göstərir, qurumun işinə mane olurlar”.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
16.07.2018
“O, Azərbaycana görə...”Lələ Təpə səfəri rus politoloqa baha başa gəldi
15.07.2018
Rus senator: “Bu, Ukraynaya ruh yüksəkliyi üçün əsas vermir"
15.07.2018
İspan nazir: Rusiya geri döndü...
15.07.2018
“Türkiyə Azərbaycanın yanındadır, bunu bilin” Ərdoğanın jesti...
13.07.2018
"Azərbaycana uzanan əllər..." - Səfir Gəncə hadisələri haqda