Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5687

Digər sorğular

Eldar Mahmudovla bağlı məhkəmə qərarı – Açıqlandı

19:58  |    25 İyun 2018  |   E-mail  |  Çapa göndər

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən şərlənərək 21 ay həbsdə saxlanılan və sonradan bəraət alan Mətləb Mustafayevin sabiq nazir, ehtiyatda olan general-polkovnik Eldar Mahmudov, MTN-in Hərbi Tibb İdarəsinin rəisi, ixtisasca stomotoloq olan general-mayor Məzahir Yaqubov və MTN baş istintaq idarəsinin müstəntiqi olmuş Elşən Murtuzova qarşı mülki qaydada iddiası üzrə məhkəmə qərarı açıqlanıb.

Teleqraf.com xəbər verir ki, Nəsimi rayon Məhkəməsində hakim Emin Mehdiyevin sədrliyi ilə baş tutan prosesdə Mətləb Mustafayevin şikayəti baxılmamış saxlanılıb.

Qərarda göstərilib ki, Mətləb Mustafayevin şikayəti üzrə bundan əvvəl Səbail rayon Məhkəməsində baxılıb. Sözügedən məhkəmə MTN-in Baş istintaq İdarəsinin rəisi Mövlan Şıxəliyevə qarşı qərar verib.

Həmin qərarda göstərilib ki, Maliyyə Nazirliyi 5 min manat cərimə olunub.

Qeyd edək ki, Mətləb Mustayayev sabiq nazir Eldar Mahmudovun sifarişi ilə şərlənərək həbs edildiyini göstərib və sabiq nazirdən 137 min manat maddi və mənəvi zərərin ödənilməsini istəyir.

Mətləb Mustafayev həmçinin Məzahir Yaqubov və işin ibtidai istintaqını aparan müstəntiq Elşən Murtuzovdan da maddi və mənəvi zərərin ödənilməsini istəyib.

İddiaçı Maliyyə Nazirliyini də cavabdeh qismində göstərib.

Budan başqa, Mətləb Mustafayev MTN-in baş istintaq İdarəsinin sabiq rəisi, ehtiyatda olan general-mayor Mövlan Şıxəliyevə qarşı Səbail rayon Məhkəməsində iddia qaldırıb, onun 63 min manatlıq iddiası qismən təmin edilib, 5 min manat cərimə kəsilib.

Mətləb Mustafayev iddia ərizəsində şərlənərək həbs edilməsindən sonra barəsində olan cinayət işi üzrə istintaqın Mövlan Şıxəliyevin rəhbərlik etdiyi idarədə aparıldığını göstərib. Ona qarşı həmin idarədə qanunsuz hərəkətlər edilib, guya İran vətəndaşı olan Rza adlı şəxsdən aldığı silahla bağlı ittiham hazırlanıb.

Mətləb Mustafayev sabiq idarə rəisindən 63 min manat təzminat ödəməsini tələb edir.

Mətləb Mustafayev hər iki iddia ərizəsində Maliyyə Nazirliyini də cavabdeh kimi göstərib. Buna səbəb həm Eldar Mahmudov, həm də Mövlan Şıxəliyev qanunsuz hərəkətlər edən zaman dövlət orqanlarında rəhbər şəxs olduqları qeyd edilib.

Mətləb Mustafayev əvvəllər Dövlət Əmlak Komitəsində müxtəlif vəzifələrdə, həmçinin 2014-cü ilədək Azərsu ASC-də iqtisadçı işləyib. O, 2014-cü ilin sentyabrında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində həbs edilib.

MTN-in o dövrdə məhkəməyə göndərdiyi ittihamdan məlum olur ki, Mətləb Mustafayev istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq odlu silah əldə etməkdə təqsirləndirilib.

Ona Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz silah saxlama) maddəsi ilə ittiham verilib və 2015-ci il aprelin 24-də Nəsimi rayon Məhkəməsinin hökmü ilə 2 il müddətinə azadlıqdan məhrum olunub. Bakı Apelyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

Müdafiə tərəfinin kasasiya şikayətinə Ali Məhkəməsinin hakimi Gülzar Rzayevanın sədrliyi ilə baxılıb, Bakı Apelyasiya Məhkəməsinin qərarı ləğv olunub. Mətləb Mustafayev apelyasiya şikayətində günahsız olduğunu, MTN-in Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev, MTN-in rəhbər şəxsləri və digər əməkdaşları tərəfindən şərlənərək həbs edildiyini qeyd edib. O, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Bundan sonra Bakı Apelyasiya Məhkəməsində hakim Rizvan Səfərovun sədrlik etdiyi kollegiyada Mətləb Mustafayevin işinə yenidən baxılıb. Hakim heyətinin qərarı ilə Mətləb Mustafayevin barəsində bəraət hökmü çıxarılıb.

MTN-in Antiterror Mərkəzinin sabiq rəisi Elçin Quliyev və onun müavini İlqar Əliyev Mətləb Mustafayevdən başqa vəzifəli şəxslərin əleyhinə ifadə almağa çalışıblar.

MTN ləğv ediləndən sonra nazirliyin Antiterror Mərkəzinin sabiq rəis müavini, polkovnik İlqar Əliyev həbs edilib. O, 2015-ci il dekabrın 20-də saxlanıldığı Bakı İstintaq təcridxanasında özünü asaraq intihar edib.

İlqar Əliyev intihar edəndən sonra Elçin Quliyev həbs olunub. Elçin Quliyev və onun işçisi Azər Mehdiyevin cinayət işi Bakı Hərbi Məhkəməsində keçirilib.

Məhkəmənin hökmü ilə Elçin Quliyev 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Elçin Quliyevin barəsində tərtib edilmiş ittiham aktında Mətləb Mustafayev və Malik Mustafayev zərərçəkmiş şəxs qismində tanınıblar.

Mətləb Mustafayev həmçinin zərərçəkmiş Malik Mustafayevin hüquqi varisi qismində də tanınıb.

Qeyd edək ki, Eldar Mahmudov vəzifəsindən kənarlaşdırıldıqdan sonra Mətləb Mustafayevin işi üzrə məhəkəmələrə müdaxilə edilməyib. Bu səbəbdən Mətləb Mustafayevin cinayət işi tam obyektiv aparışdırılıb və onun Eldar Mahmudov, Elçin Quliyev, İlqar Əliyev, Mövlan Şıxəliyev və digər vəzifəli şəxslər tərəfindən şərləndiyi, sifarişlə həbs edildiyi sübuta yetirilib.

Bu səbəbdən onu şərləyən keçmiş rəhbər şəxslərə qarşı məhəkəmlərdə təzminat davası açır. Mətləb Mustafayev həmçinin onu şərləyərək, 21 ay həbsdə saxlayan Eldar Mahmudov və Mövlan Şıxəliyevin barəsində cinayət işi başlanması üçün Baş Prokurorluğa da müraciət ünvanlayıb.

Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
15.07.2018
Tələbə ailəsini yasa batırdı - Dəhşətli hadisə
13.07.2018
Tanınmış jurnalist “Space” telekanalından getdi
06.07.2018
Başçıya sui-qəsd cəhdi edən Yunisin açıqlaması - Video
03.07.2018
O KİMDİ? ALLAHVERDİNİN DOSTU!
02.07.2018
"Azərbaycan Polis günü"nün tarixi…