Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5826

Digər sorğular

Qayda pozan sürücülərin psixoloji problemi var? - VİDEO

11:12  |    25 İyun 2018  |   E-mail  |  Çapa göndər


Bir çox ölkələrdə yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücülər yol polisi tərəfindən aşkar edildikdə məcburi psixoloji müayinə mərkəzinə göndərilir.

Həmin ölkələrdə yol polisi hesab edir ki, belə sürücülər psixoloji cəhətdən normal deyil. Psixoloq təklif edir ki, ölkəmizdə də bu qaydanı tətbiq etmək olar. Çünki tez-tez kobud qayda pozan sürücülərin psixoloji yardıma ehtiyacı var. Yol hərəkəti üzrə ekspertlər isə bildirilər ki, bunu azərbaycan da tətbiq etmək olar. Amma bəzi istisinalar var.

Dəfələrlə yol hərəkəti qaydasını pozan sürücülərə psixoloji yardım edilməlidir.

Bəzi avropa ölkələrində belə işıqforun qırmızı işığında keçən, sürət həddini dəfələrlə aşan sürücülər yol polisi tərəfindən aşkar edildikdə onlar məcburi psixoloji müayinəyə göndərilir. Yol polisi hesab edir ki, belə sürücülər psixoloji cəhətdən normal deyil. Azərbaycanda belə sürücülərə qarşı sərt tədbirlər görülsə də onlar psixoloji mərkəzlərə aparılmır. Psixoloq Elnur Rüstmov deyir ki, həqiqətən də əgər hanısa sürücüsə dəfələrlə yol hərəkəti qaydasını kobud şəkildə pozursa bu ciddi narahatlıq doğuran bir məsələdir.

Psixoloqun sözlərinə görə, sükan arxasında telefonla danışmaq, sərxoş vəziyyətdə avtomobil idarə edərək təhlükəli vəziyyətlər yaratmağın özü insanlarda psixoloji vəziyyətin nə qədər ağır olmasından xəbər verir. Əgər belə sürücülərlə müətmadi məşğul olunarsa, yəni onlar məcburi psixoloji mərkəzlərlə aparılarsa yol-nəqliyyat hadisələrinin sayı da minumuma enər.

Yol hərəkəti üzrə ekspert Azər Allahverənov isə deyir ki, Avropadakı təcrübəni Azərbaycanda da tətbiq etmək olar. Amma bu yalnız ağır inzibati xəta törədən sürücülərə şamil edilməldir. Yəni, sərxoş vəziyyətdə avtomobil idarə etmək, işıqforun qırmızı işığına məhəl qoymamaq, sürət həddini aşmaq və s..

İstənilən halda bu təcrübə Avropada qəzaların sayının azalmasına səbəb olubsa, ölkəmiz üçün də uğurlu ola bilər. (xezer.xeber.az)

Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Məcburi köçkünlərin növbəti qəbulu keçirilib
15.09.2018
Beynəlxalq Maliyyə Korporasiyası ilə əməkdaşlıq istiqamətlərinə dair müzakirələr aparılıb
14.09.2018
ƏƏSMN-də Dünya Bankının Sosial siyasət üzrə missiyası ilə görüş olub
14.09.2018
Dövlət sosial xidmətləri üzrə "e-sosial" internet portalı bu müddətə hazır olacaq
13.09.2018
Sosial sığorta stajının müəyyən edilməsinə dair qanunvericilikdə təkmilləşdirmələr aparılır