Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6195

Digər sorğular

Argentinalılar dünya çempionatındakı əsas oyundan əvvəl məşqçidən imtina etdilər

01:28  |    25 İyun 2018  |   E-mail  |  Çapa göndər


Argentina millisinin DÇ-2018-in üçüncü turunda Nigeriya yığmasına qarşı heyətini baş məşqçi Xorxe Sampaolinin yox, oyunçuların müəyyənləşdirəcəyi iddia edilib.

Qol.az-ın "Daily Mail"ə istinadən yaydığı xəbərə görə, bu iddia altında Argentina yığması ilə DÇ-1986-nın qalibi olan Rikardo Custi çıxış edib. O, yığmanın meneceri Xorxe Burruqaço ilə görüşdən sonra bu barədə bildirib: "Oyunçular necə oynamaq istədiklərini özləri seçəcək. Xorxe Sampaoli ehtiyat oyunçular skamyasında oturmaq istəsə, bunu edə bilər. Əgər olmasa, o da problem olmayacaq".

Heyəti komandanın liderləri Lionel Messi və Xavyer Maskeranonun müəyyənləşdirəcəyi gözlənilir.

Qeyd edək ki, DÇ-2018-in ikinci turunda Xorvatiyaya 0:3 hesablı məğlubiyyətdən sonra millinin futbolçularının X.Sampaolini istefaya göndərilməsini istədiyi iddia olunurdu. Futbolçuların köməkçi məşqçilərdən birinin onu əvəzləməsini federasiyadan xahiş etdiyi bildirilirdi. Ancaq Argentina Futbol Federasiyasının prezidenti Klaudio Tapia baş məşqçi ilə yolları ayırmayacaqlarını açıqlayıb.
Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
17.03.2019
Azərbaycanlı çeçen döyüşçünü nokauta göndərdi (VİDEO)
13.03.2019
Ənənəvi “Raquf Orucov Kuboku” beynəlxalq turniri keçiriləcək
05.03.2019
Formula 1 üçün Bakıya gələcək əcnəbilərin viza prosedurları sadələşdirilib - SƏRƏNCAM
04.03.2019
"Xəyalım gerçəkləşdi, bu bir gecə üçün 6 ay məşqlər etmişdim" - azərbaycanlı atlet
03.03.2019
Prezident İlham Əliyev “Bakı 2019: Ulduzlar Finalı” qarşılaşmasını izləyib - YENİLƏNİB