Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5705

Digər sorğular

Azərbaycan kəndində saxlanılan erməni əsgərin etirafları - Biabırçılıq

20:45  |    23 İyun 2018  |   E-mail  |  Çapa göndər

2016-cı ilin aprel ayında Ermənistan və Azərbaycan arasında baş vermiş 4 günlük döyüşdə yaralanan erməni əsgər ailəsindən gizlədilib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ermənistan KİV yazır.

İki il gizlədilən hərbçi bu müddət ərzində ailəsindən müalicə adıyla 11 min dolar pul istəyib və yemək göndərilməsini tələb edib. Ailə əsgərə lazım olan pul və yeməyi yollayıb, lakin 2 il onun harada saxlanmasından xəbərsiz olub.

Yaxınları mətbuata bildiriblər ki, ərzaq və pulu əsgərə tanımadıqları şəxs vasitəsilə çatdırıblar: “Əgər o, Ermənistanda saxlanılsaydı bilərdik, çox güman ki, Qarabağ, ya da Qarabağ ətrafındakı azərbaycanlı kəndlərindən birində saxlanılıb. Biz isə uzun müddət onun hərbi hissədə olduğunu düşünmüşdük”.

Əsgərin özü komandirləri tərəfindən işğal altında olan Azərbaycan kəndində saxlanıldığını deyib: “Hərbi hissədən olan 15 nəfərlik qrup idi. Bir Azərbaycan kəndinə gəldik, mən ağır yaralanmışdım. Bizə müharibənin davam edəcəyini dedilər, lakin heç nə olmadı. Əvəzində ailəmdən pul göndərilməsini tələb etdilər.

2 il orada qaldıq, 11 min dollar və hər həftə yemək göndərdilər. Yeyib-içirdilər, müharibə də yox idi. Pul qrupa başçılıq edən kapitanın Qarabağdakı bank hesabına yatırılırdı.

Məni sərbəst buraxdıqda əlavə olaraq 15 min dram istədilər. Bunu da verib evə qayıda bildim.

Üstəgəl, Qarabağdakı hərbi hissələrdən benzin oğurlayıb satırdılar. Mənim kimi girov götürülmüş digər əsgər yoldaşlarımdan da pul alırdılar. Sonradan başa düşdük ki, bu adamlar fürsətdən istifadə edib əylənir, bizi isə girov saxlayırdılar”.

Əsgərin ailəsi bu barədə dəfələrlə Ermənistan Müdafiə Nazirliyinə müraciət etdiyini bildirib, lakin müraciətlərə baxılmayıb.

Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
21.07.2018
Tiflis savaş anonsu verdi: Putini 2007-də dinləmədik…
20.07.2018
“Nazirin xəbəri yoxdur ki…” Etiraz
20.07.2018
Petrosyan Qarabağla bağlı mənə bunları dedi – Paşinyan
19.07.2018
Gürcüstan Putinin hədəsinə cavab verdi
18.07.2018
Rus ordusu erməni kəndinə yeridildi: Böyük panika... – Video