Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5829

Digər sorğular

Sel avtomobil körpüsünü dağıtdı - Kəndlə əlaqə kəsildi

21:59  |    21 İyun 2018  |   E-mail  |  Çapa göndər

İsmayıllı rayonunun Qalacıq kəndində avtomobil körpüsünün uçması nəticəsində kəndin rayonla əlaqəsi kəsilib.

APA-nın yerli bürosunun xəbərinə görə, rayonun Sumağallı və Qalacıq kəndlərini birləşdirən avtomobil yolunun 7-ci kilometrliyində, Qalacıq çayı üzərində olan avtomobil körpüsü selin təsiri nəticəsində dağılaraq yararsız hala düşüb.

1970-ci ildə yerli əhali tərəfindən tikilən körpü əsaslı təmir olunmadığına görə, son günlər Qalacıq çayına gələn güclü sel nəticəsində dağılıb. Nəticədə kənd əhalisinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilib.

Hadisə yerinə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ağır texnikaları və canlı qüvvəsi cəlb olunub. Alternativ yolun açılması üçün qısa vaxtda lazımi işlər görülüb, əhalinin gediş-gəlişi təmin edilib. Hadisə yerinə mütəxəssislər baxış keçirib.
Mütəxəssislərin rəyindən sonra dağılan avtomobil körpüsünün yenidən qurulması və ya bərpa edilməsi üçün işlərə başlanılacaq.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
17.09.2018
Bakıda müəllim ilk dərs günü vəfat etdi
17.09.2018
Ağstafada iki nəfər maskalı şəxs avtomatla evə hücum edib
17.09.2018
“CBC Sport”un rəhbəri infarkt keçirdi
17.09.2018
"Azərenerji"nin vitse-prezidenti vəfat edib
16.09.2018
Göygöldə 17 yaşlı oğul atasını qətlə yetirib