Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5687

Digər sorğular

"Tərəflər konsensusa gəlsə..." - Lavrovdan Qarabağ açıqlaması

22:57  |    21 İyun 2018  |   E-mail  |  Çapa göndər

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələri hərbi əməliyyatlar dövründə qəbul olunub.

APA-nın məlumatına görə, bu sözləri Rusiya xarici işlər naziri Sergey Lavrov BMT baş katibi Antonio Quttyereşlə birgə keçirdiyi mətbuat konfransında BMT TŞ-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələrin hələ də yerinə yetirilməməsi ilə bağlı suala cavabında deyib.

S.Lavrov bildirib ki, bu qətnamələr ərazidə atılan addımlar, o cümlədən Ruisya tərəfindən görülən işlərlə birlikdə qanlı hadisələri dayandırmağa və prosesi siyasi dialoq məcrasına daşımağa imkan verib: “Hər kəsin razılığı ilə Minsk qrupu yaradıldı və onun çərçivəsində ərazilərin azad edilməsi, Dağlıq Qarabağın yekun statusunun müəyyənləşdirilməsi yolu ilə siyasi həllə nail olunmasına dair razılığa gəlindi. Biz hamımız hələ də bu işlə məşğuluq.

Moskva digər həmsədr ölkələr olan Fransa və ABŞ ilə birlikdə rəsmi Bakı və Yerevanın tam razılığı ilə qarşımızda duran vəzifələrin yerinə yetirilməsi üçün bunun üzərində işləyir. Bunun baş verməsi üçün münaqişə tərəfləri arasında konsensusun olması vacibdir və biz bu istiqamətdə irəliləyən kimi, əminəm ki, münaqişənin həlli çox da uzaqda olmayacaq".

Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
16.07.2018
“O, Azərbaycana görə...”Lələ Təpə səfəri rus politoloqa baha başa gəldi
15.07.2018
Rus senator: “Bu, Ukraynaya ruh yüksəkliyi üçün əsas vermir"
15.07.2018
İspan nazir: Rusiya geri döndü...
15.07.2018
“Türkiyə Azərbaycanın yanındadır, bunu bilin” Ərdoğanın jesti...
13.07.2018
"Azərbaycana uzanan əllər..." - Səfir Gəncə hadisələri haqda