Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5702

Digər sorğular

Göyçayda selin qəzalı vəziyyətə saldığı ev köçürülür – FOTO

19:40  |    21 İyun 2018  |   E-mail  |  Çapa göndər

Göyçayda güclü selin uçurduğu körpünün ətrafında yerləşən ev sökülür.

Trend-in məlumatına görə, Göyçay çayının yaxınlığında yerləşən həmin ev sel zamanı qəzalı vəziyyətə düşüb.

Göyçay çayının səviyyəsinin yüksəlməsi çayın kənarında yerləşən evə təhlükə yaradıb. Nəticədə evdə çatlar əmələ gəlib. Orada yaşayan ailə müvəqqəti olaraq təhlükəsiz əraziyə köçürülüb və qəzalı vəziyyətdə olduğu üçün evin sökülməsinə qərar verilib.

Göyçay Rayon İcra Hakimiyyətinin Göyçay şəhər icra nümayəndəsi Rəşad Şükürov Trend-ə bildirib ki, ev çayın mühafizə zolağında yerləşir: “Həmin ev qanunsuz tikilidir. Çayın mühafizə zolağında yerləşir. Çayda suyun çoxalması isə ev üçün real təhlükə yaradıb. Artıq orada yaşayan ailə qohumlarının evində məskunlaşıb. Ailənin torpaq sahəsi ilə təmin olunması üçün lazımi köməkliklər göstəriləcək”.

Xatırladaq ki, bir müddət əvvəl Göyçay çayı üzərindəki körpü güclü sel nəticəsində dağılıb. Hazırda körpünün bərpası istiqamətində işlər davam etdirilir.

Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
19.07.2018
İtaliya prezidentinin səfəri başa çatdı
19.07.2018
Prezident “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunu imzalayıb
17.07.2018
Qəbələnin yolları yenidən tikiləcək-SƏRƏNCAM
16.07.2018
Prezident tapşırıq verdi: Xainlərin axtarışı davam etdirilir
15.07.2018
Nazirlikdən xəbərdarlıq - Ehtiyatlı olun!