Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6012

Digər sorğular

Gəncə və Masallıda SYSLAB Təlim-Tədris Mərkəzləri fəaliyyətini davam etdirir - NAZİR

20:47  |    21 İyun 2018  |   E-mail  |  Çapa göndər


BMT-nin İnkişaf Proqramı ilə gənclərin və əlilliyi olan şəxslərin məşğulluğunun dəstəklənməsi sahəsində gələcək əməkdaşlığa
dair fikir mübadiləsi aparılıb

Əmək bazarında inkluzivliyin təmin olunması üçün aparılan işlərdə əlilliyi olan vətəndaşların məşğulluq imkanlarına yiyələnmələrinə daha geniş şərait yaradılması başlıca hədəflərimizdən biridir. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi və BMT İnkişaf Proqramının rezident nümayəndəsi Qulam İsakzai ilə nazirlikdə keçirilən görüşdə vurğulayıb.

S.Babayev BMT-nin İnkişaf Proqramı ilə ƏƏSMN arasında son illərdə icra olunan “Azərbaycanda İnnovasiyanın və Məşğulluğun İnkişafı” layihəsinin əhəmiyyətindən bəhs edib. O bildirib ki, layihə SYSLAB (Yenilik və Məşğulluq üzrə Sistem Laboratoriyası) metodologiyasının tətbiqinə əsaslanmaqla, gənclərin əmək bazarına daha asan inteqrasiyası, onların müasir işaxtarma metodlarına malik olmalarında, sahibkarlıq, sistemli biznes, şəxslərarası şəbəkələrin qurulması, ofis işi və s. sahələrdə bacarıqlarının inkişaf etdirilməsində öz faydasını verib. SYSLAB Mərkəzlərində təlimlərdə iştirak edən gənclərin əksər hissəsi qazandıqları bilik və bacarıqlar sayəsində qısa müddətdə özlərinə iş yeri əldə ediblər. Bu sahədə müsbət nəticələr layihənin müddətinin uzadılmasına əsas verib və hazırda Gəncə və Masallıda SYSLAB Təlim-Tədris Mərkəzləri fəaliyyətini davam etdirir.

Nazir əlilliyi olan şəxslərin də əmək bazarına çıxışının asanlaşdırılmasına yönələn aktiv məşğulluq tədbirlərinin genişləndirilməsinin vacibliyini qeyd edib. S.Babayev bu təbəqədən olan insanların özünüməşğulluq fəaliyyətinə cəlb edilməsi üçün müvafiq işlərin aparılmasına ehtiyac olduğunu bildirib.

Q.İsakzai BMT İnkişaf Proqramının gənclərin və əlilliyi olan şəxslərin məşğulluğunun dəstəklənməsi sahəsində birgə işlərin gücləndirilməsində və yeni layihələrin hazırlanaraq həyata keçirilməsində maraqlı olduğunu diqqətə çatdırıb.

Görüşdə gənclərin və əlilliyi olan şəxslərin məşğulluğunun dəstəklənməsi sahəsində BMT-nin İnkişaf Proqramı və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
14.12.2018
Bakıda TSEK-lərin sayı 12-dən 5-ə endirilib
14.12.2018
Dövlət Komitəsinin sədri Şüvəlan qəsəbəsində məskunlaşmış məcburi köçkünlərlə görüşüb
13.12.2018
Daha 1115 şəhidin vərəsəsinə birdəfəlik ödəmə qərarı verildi
12.12.2018
Nazirliyin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
12.12.2018
Dövlət Məşğulluq Xidməti bu il 52 rayon və şəhərdə dəyirmi masalar keçirib