Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6012

Digər sorğular

Narınclar kəndində məcburi köçkünlərlə görüş - FOTO

18:12  |    21 İyun 2018  |   E-mail  |  Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2018-ci ldə elan etdiyi Qrant müsabiqələrində qaliblərdən biri də Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyidir.

“Rusiya və Azərbaycan QHT-lərinin əməkdaşlığı nəticəsində əlilliyi olan insanların problemlərinin birgə həlli yollarının araşdırılması” adlı layihə Rusiyada və Azərbaycanda icra ediləcəkdir. Layihənin məqsədi Rusiya və Azərbaycan qonşuluğunun tarixi kökləri, Azərbyacan və Rusiya QHT-ləri arasında əməkdaşlıq, Dağıstan və Azərbaycan əhalisi arasında ictimai fəallığın artırılması, əlilliyi olan insanların problemlərinin birgə həlli yollarının araşdırılması işləri nəzərə tutulur.

Azərbaycan Pedoqoji Universitetinin Ağcabədi rayon filialında və Ağdam rayon Humanitar İqtisad Kollecində “Əlillikdən heç kim sığortalanmayıb” adlı tədbir keçirilmişdir. Layihənin icrası məqsədi ilə tədbirlər davam edir.

14 iyun 2018-ci il tarixində İmişli rayonunda məskunlaşmış Kəlbəcər rayonundan olan Qaçqın və məcburi köçkünlərlə, əlilliyi olan insanlarla görüş keçirildi. Görüşün məqsədi əlilliyi olan insanların problemlərinin araşdırılması və həll edilməsi üçün dövlətə ictimai dəstəyin verilməsidir. Keçmiş Ağdarə rayonun Narınclar kəndinin sakinlərinin yaşadıqları ərazinin vəziyyəti çox acınacaqlıdır. İnfrastruktur yoxdur, əhalinin suya olan tələbatı ödənilmir. Su satan maşınlardan hər həftə 20 mataqlıq su almaqla su tələbatının 30 faizini ödəyən əhali eyni zamanda tibb məntəqəsi, məktəb, yol, problemləri ilə üz-üzədirlər. Qışlaq üçün yararlı olan ərazidə yayda üzə çıxan ilan əqrəb, müxtəlif az və ya çox zəhərli həşəratlar Narınclar kəndinində yaşayan çarəsiz insanların həyatını dahada dözülməz vəziyyətə salıblar. 26 il əraində ilk dəfə bizim, yəni layihə rəhbəri Radə Abbas, əslən Kəlbəcər rayonundan olan Nuridə Misir, Xarı Bülbül Ədəbi Məclisinin rəhbəri Aybəni Qafaralı, Əngəlsiz Dünya Birliyi Qarabağ bölgəsinin rəhbəri rəhbəri Asif Qulyevin onların yanına getdiyimizi söyləyən əhali bizim gedişimizdən çox sevindilər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdən onlara kömək olunmasını xahiş edən insanların imdanına çatmaq lazımdır.

Müqəddəs Ramazan ayının son günü, bayram öncəsi olduğu üçün görüş keçirilən insanlar üçün iftar süfrəsidə açıldı. Ərzaq geyim və digər hədiyyələr, eyni zamanda layihənin icrası üçün nəzərdə tutulan təbliğat materialları paylaşıldı. İmişli rayonunda keçirlən tədbirin təşkilatçısı Kəlbəcər rayon Narinclar kənd İcra nümayəndəliyi, MVQSYİB Kəlbəcər rayon nümayəndəliyinin rəhbəri Nuriyaeva Cahan və Asif Quliyev omuşdurlar.

Layihənin rəhbəri Radə Abbas








































Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
06.11.2018
Emalatxanadan sürgünə, sürgündən emalatxanaya - Ələkbər Rzaquliyevin məşəqqətli həyatı
04.11.2018
Deputat nazirin müdafiəsinə qalxdı: “Çox xarici dil bilir, ona görə...”
03.11.2018
Zamirə Hacıyevanın Londonda daş-qaşı müsadirə olundu (FOTOLAR)
02.11.2018
Hüquqşünas Zamirə Hacıyevadan milyonları almağın yollarından danışdı
31.10.2018
Qulu Məhərrəmli: “Reketlərlə hüquq-mühafizə orqanları məşğul olmalıdır”