Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5702

Digər sorğular

XİN: "Məcburi köçkünlərin sayı bir milyonu keçib"

19:21  |    20 İyun 2018  |   E-mail  |  Çapa göndər

Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev 20 iyun Dünya Qaçqınlar Günü ilə əlaqədar açıqlama yayıb.

Moderator.az-ın məlumatına görə, açıqlamada bildirilir ki, hər il 20 iyun BMT tərəfindən Dünya Qaçqınlar günü kimi qeyd olunur:

“BMT-nin Baş Katibi Antonio Quterreşin Baş Assambleyanın 72-ci sessiyasında bildirdiyi kimi, “qaçqınlar, məcburi köçkünlər və miqrantlar əsl problem deyil, problemin kökü münaqişələr, təqiblər və ümidsiz yoxsulluqdur”.

Qaçqınlar və miqrantların problemləri ilə bərabər münaqişələr səbəbindən təhlükələrə məruz qalan və dünyanın müxtəlif hissələrində acınacaqlı şəraitdə yaşamalı olan kişi, qadın və uşaqlardan ibarət milyonlarla məcburi köçkün də var.

BMT-nin Qaçqınlar üzrə Ali Komisarlığının məlumatına görə bütün dünya üzrə məcburi köçkünlərin sayı rekord həddə, 41 milyon nəfərə çatıb”.

O, qeyd edib ki, Azərbaycan da adambaşına düşən məcburi köçkünlərin sayının ən çox olduğu ölkələrdən biridir və hazırda Azərbaycanda əhali artımı ilə əlaqədar olaraq məcburi köçkünlərin sayı 1.2 milyon nəfəri keçib.

“Ermənistan BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin tələblərinə uyğun olaraq, Azərbaycanın işğal olunmuş ərazilərindən öz qoşunlarını çıxarmalı və nəticə etibarilə, azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtması və öz mülkiyyət hüquqlarından istifadə etməsi təmin olunmalıdır.

Yalnız bu halda münaqişənin davamlı həlli və regionda sülh və sabitliyin təmin olunması mümkündür”, - deyə H.Hacıyev açıqlamasında qeyd edib.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
19.07.2018
İtaliya prezidentinin səfəri başa çatdı
19.07.2018
Prezident “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunu imzalayıb
17.07.2018
Qəbələnin yolları yenidən tikiləcək-SƏRƏNCAM
16.07.2018
Prezident tapşırıq verdi: Xainlərin axtarışı davam etdirilir
15.07.2018
Nazirlikdən xəbərdarlıq - Ehtiyatlı olun!