Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5698

Digər sorğular

Məsud Özili linç edən Alman mətbuatının AĞLI BAŞINA GƏLDİ

17:53  |    20 İyun 2018  |   E-mail  |  Çapa göndər

Türkiyə prezidenti Ərdoğanla şəkil çəkdirdi deyə, türk futbolçunu mediada linç edənlər, Meksikaya uduzandan sonra Almaniyanın “Die Welt” qəzeti Alman Milli Komandasında forma geyinən Türk əsilli futbolçu Məsud Özili tərifləyib.

Məsud Özili manşetinə daşıyan qəzet, Almaniyanın Məsud Özilə çox şey borclu olduğunu yazıb.

Xəbərdə Məsud Özilin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə çəkdirdiyi şəklə görə, matçlarda fitə basıldığı və tənqid edildiyi xatırladılaraq, 2018 FİFA Dünya Çempionatında F qrupunda Meksikaya qarşı oynanan matçda Məsudun çox üzgün olduğuna işarə edilib.

Tənqidçilərin Məsudu hələ də hədəf almağa davam etdiklərini bildirən xəbərdə, Türk əsilli Alman futbolçunun bunları haqq etmədiyi qeyd edilib.
Xəbərdə Məsudun Almaniya və milli komanda üçün inanılmaz şeylər etdiyi vurğulanıb.

Qəzetdə yer alan şərhdə isə Məsud Özilin sanki bir nömrəli dövlət düşməni kimi göstərildiyi ifadə edilərək, edilən tənqidlərin çox şişirdilmiş olduğu bildirilib.
Şərhdə həmçinin 2014-ci ildə dünya çempionu olan Almaniya Milli Komandası heyətinin üçdə birinin köçəri mənşəli olduğu xatırladılıb.

Müxalifət.az
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
18.07.2018
“Qarabağ” ÇL-in ikinci təsnifat mərhələsində
14.07.2018
Belçika millisi DÇ-2018-in bürünc mükafatçısı oldu
10.07.2018
DÇ:2018 - Bu gün ilk finalçı müəyyənləşəcək
08.07.2018
İki gün sonra "Real" Ronaldonun gedişini açıqlaya bilər
08.07.2018
Xorvatiya Rusiyanı mundialdan kənarlaşdırdı