Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5687

Digər sorğular

Ermənistanı yerlə-yeksan edəcək müasir QIRICILAR Azərbaycana VERİLİR - DETALLAR - VİDEO

16:25  |    20 İyun 2018  |   E-mail  |  Çapa göndər


Ermənistanın Rusiyadan Su-30SM döyüş təyyarələrinin almağa hazırlaşması ilə bağlı müqavilənin detalları ortaya çıxıb.

Publika.az xəbər verir ki, Rusiyanın “Kommersant” nəşri Su-30SM-lərin Ermənistana verilməsi ilə bağlı müqavilənin Serj Sarkisyan hakimiyyəti dövründə bağlandığını yazıb.

“Müqavilə 2012-ci ildə imzalanıb. Müqaviləyə əsasən Su-30SM-lər 2024-cü ilə qədər Ermənistanın hərbi hava qüvvələrinə veriləcəkdi. Lakin maliyyə çətinliklərinə görə sifariş təxirə salındı. Rusiya müqaviləni Ermənistanın yeni hakimiyyəti ilə davam etdirmək niyyətindədir”, - deyə nəşr yazıb.

“Regnum” agentliyi yazıb ki, təyyarələr yaxın 1-2 il ərzində Ermənistana veriləcək.

Lakin “Rosoboreneksport”dan “Kommersant”a bildiriblər ki, təyyarələrin Ermənistana nə vaxt veriləcəyi hələlik məlum deyil.



SU-30SM

Rusiya aviasiya sənayesinin bir neçə top-meneceri nəşrə bildirib ki, Ermənistan Su-30SM-lərə 2010-cu ildə maraq göstərməyə başlayıb.

2012-ci ildə imzalanan müqaviləyə əsasən, Ermənistana 12 Su-30SM təyyarəsi veriləcəkdi. Maliyyə çətinliyinə görə sifarişin çatdırılması saxlanılsa da, İrəvan-Moskva arasında təyyarələrlə bağlı mütəmadi danışıqlar gedirdi.

Nəşrin məlumatına görə, Ermənistanda hakimiyyət dəyişməsindən bir neçə ay öncə İrəvan təyyarələrlə bağlı yenidən Moskvaya müraciət edib. Ermənistan Müdafiə Nazirliyinin nümayəndələri ruslara bildirib ki, təyyarələrin alınması 2024-cü ilə qədər təxirə salınır. Ermənistanın yeni hakimiyyəti köhnə müqaviləyə əsasən təyyarələri almaq niyyətindədir. Rusiya isə müqavilənin mümkün qədər tez – 2022-ci ilə qədər başa çatdırılmasını istəyir.

Baş nazir Nikol Paşinyanın Su-30SM təyyarəsinin kabinəsində foto çəkdirməsi də bunu deməyə əsas verir.

Strategiya və texnologiyaların analizi mərkəzinin eksperti Konstantin Makienko hesab edir ki, Rusiyanın Ermənistana müasir döyüş aviasiya komplekslərinin verməsi Azərbaycanı Qərbdən döyüş təyyarələri almağa sövq edə bilər.

“Belə presedentlər artıq var. Misal üçün, İrəvana “İskəndər” veriləndən sonra Azərbaycan Belarusdan “Polonez” raket sistemlərini aldı. Buna görə də Ermənistana Su-30SM verilirsə, Azərbaycana da Su-35 təyyarələri təklif edilməlidir”, - deyə rusiyalı ekspert təklif edib.



Bu təklif Ermənistanda narahatlıq yaradıb. İrəvanda hesab edirlər ki, Rusiya Azərbaycanı onlardan üstün tutur.

Erməni şərhçi Naira Ayrumyan “Rusiya Ermənistana köhnə Su-30, Azərbaycana isə müasir Su-35 verir” deyə yazıb.

Bu təklif Ermənistanda narahatlıq yaradıb. İrəvanda hesab edirlər ki, Rusiya Azərbaycanı onlardan üstün tutur.

Erməni şərhçi Naira Ayrumyan “Rusiya Ermənistana köhnə Su-30, Azərbaycana isə müasir Su-35 verir” deyə yazıb.



Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
16.07.2018
PKK Qəndildən Sincara daşınır: ABŞ-ın HİMAYƏSİNDƏ YENİ TERROR YUVASI
16.07.2018
İrandan Vəliyevin güllələnməsinə - Reaksiya
14.07.2018
İlham Əliyev pakistanlı həmkarına başsağlığı verib
13.07.2018
Rusiya yunan səfiri XİN-ə çağırdı: Ciddi zərbə dəyəcək
13.07.2018
Jirinovski: “Azərbaycan və Ermənistandan birinin xeyrinə mövqe tuta bilmərik”