18 İyun Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin şəhid olduğu gündür

1991-ci ildə qəlbində alovlanan Vətən məhəbbəti, vətənə xidmət arzusu onu Ağdama çəkib gətirdi. Onun kimi peşəkar hərbçilərə vətənin böyük ehtiyacı var idi. 1991-ci ilin oktyabr ayında bütün maneələrə və təqiblərə baxmayaraq, polkovnik-leytenant Şirin Mirzəyev respublikamızda ilk nizami özünümüdafiə taborunu yaratdı. 1992-ci ilin may ayında isə bu taborun bazası əsasında üç tabordan ibarət alay yaradıldı.
Onun komandirliyilə bir sıra uğurlu döyüş əməliyyatları reallaşdırıldı. Təəssüf ki, Şirin Mirzəyev 18 iyun 1992-ci ildə Sırxavənd istiqamətində aparılan döyüş əməliyyatı zamanı minaya düşərək həlak oldu.
Şirin Mirzəyev ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı ilə təltif edilib.
Döyüş dostları Karabakh.tv-də Milli Qəhrəmanın xatirəsini ehtiramla yad etdilər.
Sosial şəbəkələrdə paylaş
Bölməyə aid digər xəbərlər