Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5687

Digər sorğular

Nobel hansı insanlar və xalqlara qadağan olunub? – Mükafat barəsində bilmədiklərimiz

15:07  |    19 İyun 2018  |   E-mail  |  Çapa göndər


AzEdu.az nüfuzlu Nobel mükafatının 112 illik tarixinə nəzər salaraq, bir neçə qaranlıq məsələlərə, suallara aydınlıq gətirib.

Bu 112 il ərzində, “Nobel neçə dəfə həyatda olmayan insanlara verildi?”,“Hansı millətin nümayəndələrinə Nobel verilməsi qadağan olunub?”,“ Nobeli ən çox hansı xalqın nümayəndələri alıb?” və s. kimi suallara birlikdə cavab tapaq:

Mükafat ilk dəfə adını daşıdığı məşhur alim, maqnat və ixtiraçı Alfred Nobelin ölümündən beş il sonra verilib:

Dinamiti kəşf edən, mükafatın ideya müəllifi olan kimyaçı Alfred Nobelin vəsiyyəti ilə onun bütün var-dövlətini bir təşkilata bağışladığını duyan doğmaları çox təəccüblənmiş, hətta vəsiyyətə qarşı məhkəmədə etiraz da etmişdilər. Beləcə, mükafatın verilməsi bir qədər ləngiyir və ilk Nobel mükafatı Nobelin ölümündən 5 il sonra sahiblərinə təqdim olunur;

İki dəfə Nobel alan insanlar:

Nobel mükafatına dörd elm adamı iki dəfə sahib ola bilib: ABŞ vətəndaşı Con Bardin fizika sahəsində1956-cı ildə tranzistorların yenilənməsinə, 1972-ci ildə isə superiletkenlik nəzəriyyəsi ilə iki dəfə Nobel mükafatı əldə edib;

İngilis biokimyaçı Frederik Sanger isə 1958-ci ildə insulin hormonunun kəşfi, 1980 –ci ildə isə DNA araşdırması ilə iki dəfə Nobeli qazanıb.

Amerikalı kimyaçı Linus Paulingə isə fərqli nominasiyalı Nobel mükafatları verilib. O, 1954-cü ildə kimya üzrə Nobelin sahibi olsa da, 1962-ci ildə Nobel Sülh mükafatına da layiq görülüb. Alim israrla nüvə sınaqlarına qarşı çıxdığına görə bu mükafatı əldə edə bilib;

Qadınlara verilən Nobel mükafatlarının sayı azdır:

İki dəfə Nobel alan ən məşhur qadın alim Maria Küridir. O, 1903-cü ildə radiasiya araşdırmaları, 1911-ci ildə isə palonium və radiumun kəşfi ilə tarixə düşüb.

2012-ci ilədək olan hesablamalarda qadınlara toplam 44 Nobel mükafatı verilib. Bunlardan isə sadəcə 16-ı elm nominasiyalarına aiddir. Bu hesabla qadınlara elm istiqamətində verilən nobelləin sayı ümumi nobel sayının sadəcə 3 %-nə bərabərdir.

Nobeldən imtina edənlərin nə vaxtsa yenidən bu mükafatı alması qadağandır

Keçmişdə bu mükafatdan imtina edənlər də az olmayıb. Məsələn, vyetnamlı məşhur siyasətçi Le Duc Tho ölkəsindəki vəziyyəti xatırladaraq mükafatdan imtina edib. Fransalı yazıçı Sart isə hər növ rəsmi mükafata qarşı olduğuna görə Nobeli rədd edib. Elm istiqamətlərində isə hələ ki, Nobeldən imtina edən olmayıb.

Bu millətə Nobel verilməsi qadağan olunub

Hitler Almaniyası dövründə alman elm adamlarının bu mükafatı alması qadağan olunmuşdu. 1938, 1939-cu illərdə iki dəfə kimya, bir dəfə tibb nominasiyası üzrə, cəmi üç dəfə alman elm adamı namizəd göstərilsə də, Nobeli əldə edə bilməyib.

Ən çox Nobel alan xalq

Üç elm nominasiyasında ən çox Nobel alanlar arasında Amerika öndədir. Fizika, kimya və tibb sahələri üzrə verilən mükafatların 43%-ni amerikan alimlər əldə edib. Növbəti yerləri isə ardıcıl olaraq Almaniya, İngiltərə və Fransa tutur.

Nobel mükafatına ölkə başçıları da namizəd olur

Məsələn, 2013-cü ildə Nobel Sülh Mükafatına Rusiya prezidenti Vladimir Putin də namizəd olub. O, Suriya münaqişəsində oynadığı “sülhsevər” rolu ilə öz ölkəsi tərəfindən layiq bilinməsi də Nobel tarixinin qəribə faktlarındandır.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
05.07.2018
Dənizdə yoxa çıxan qadın il yarımdan sonra sağ tapıldı - İLGİNC OLAY
02.07.2018
Pentaqon UNO-larla bağlı yeni AĞLASIĞMAZ DƏLİLLƏR tapdı - 2018-ci il tarixi dövr olacaq
01.07.2018
"Whatsapp"dan yenilik
30.06.2018
Azərbaycan və erməni pilotların fərqi – Video
30.06.2018
ŞOK İDDİA: “USAMƏ BİN LADENİ QARĞALAR TAPIB”