Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5955

Digər sorğular

MTN-nin qadın generalı apellyasiya şikayətini geri götürüb

18:43  |    19 İyun 2018  |   E-mail  |  Çapa göndər


Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) qadın generalı Natəvan Mirvətova barəsindəki hökmdən verilən apellyasiya şikayətindən imtina edib.

Bu barədə APA-ya N. Mirvətovanın vəkili Adilə Məmmədova deyib. O bildirib ki, N. Mirvətova barəsindəki hökmdən apellyasiya şikayəti versə də sonradan hüquqlarını müdafiə etdiyi şəxsin istəyi ilə geri götürüb. Vəkil şikayətdən imtinanın səbəbləri barədə danışmayıb.

Bu iş üzrə təqsirləndirilən digər şəxslər Sübahir Qurbanov, Teymur Quliyev, Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev də apellyasiya şikayəti verib. Onlar barələrində bəraət hökmünün çıxarılmasını istəyirlər.

Polkovnik Elşad Əzizov isə şikayət verməyib.

Qeyd edək ki, Sübahir Qurbanov 14 il, Fuzili Əliyev 14 il, Zaur Məmmədov 10 il 6 ay, Natiq Alıyev 10 il 6 ay, Teymur Quliyev 12 il, Anar Şirəliyev 3 il, Eşqin Əliyev 3 il müddətinə azadlıqdan məhrum edilib.

Fərhad Atayev və Elşən Əzizov 3 il sınaq müddəti təyin edilməklə, şərti cəza seçilib və onlar məhkəmə iclas zalından azadlığa buraxılıblar.

Qadın general Natəvan Mirvətova barəsində 5 il sınaq müddəti təyin edilməklə, şərti cəza seçilib.

İttihama əsasən, təqsirləndirilən şəxslər 2004-2015-ci illərdə mütəşəkkil dəstə tərkibində xidməti vəzifələrinin icrası ilə əlaqədar hakimiyyətdən və öz qulluq mövqelərindən sui-istifadə ediblər.

Onlara Cinayət Məcəlləsinin 145.3-cü (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 178.3.1, 178.3.2-ci (dələduzluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.3.1, 179.3.2-ci (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2-ci (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2-ci (Hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə ) və digər maddələri ilə ittihamlar irəli sürülüb.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Talanan vəsait Bakıya qaytarılmalıdır - VİDEO
17.11.2018
Sən kimsən ki, izahat tələb edəsən?! – Deputatdan sərt reaksiya
17.11.2018
Fazil Məmmədovun müalicədən sonra ilk görüntüsü - FOTO
17.11.2018
"9531 şəhid hərbi qulluqçunun vərəsəsinə birdəfəlik ödəmə veriləcək" - Nazirdən AÇIQLAMA
17.11.2018
Qol.az-ın 10 yaşı oldu