Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5955

Digər sorğular

Kələki - tarixə düşmüş kənd - VİDEO

19:23  |    18 İyun 2018  |   E-mail  |  Çapa göndər


Əbülfəz Elçibəyin Kələkiyə gedişinin 25 illiyidir

18 iyun 1993-cü il azərbaycanlıların siyasi yaddaşında Azərbaycanın o dövrdəki Prezidenti Əbülfəz Elçibəyin Kələkiyə getməsi ilə qalıb. Gecəykən Prezidentin öz postunu tərk etməsi, doğulduğu kəndə üz tutması , üstəgəl bu haqda ictimaiyyətə açıqlama verməməsi üstündən 25 il ötməsinə baxmayaraq hələ də suallar doğurur. Elçibəy niyə bu addımı atdı? Atmaya bilərdimi? Niyə məhz Kələki? Niyə ictimaiyyəti məlumatlandırmadan və s? Suallar qədər təfərrüat da maraqlıdır. Və bu təfərrüatları Əbülfəz Elçibəyin ən yaxın ətrafı müxtəlif vaxtlarda müxtəlif cür cavablandırıblar.

Məsələn , Elçibəyin köməkçisi Oqtay Qasımov məsələni belə şərh edir: “Operativ əməliyyat məlumatları daxil olmuşdu ki, həmin gecə Prezident İqamətgahına hücum olacaq. Prezidentin dəfn edilməsi və onun dəfn komissiyasının yaradılmasına qədər bir çox məsələlər planlaşdırılmışdı. Plan bununla bitmirdi. Azərbaycanın xalq hərəkatının yetirmələri olan çoxlu sayda AXC üzvü, rəhbərlikdə təmsil olunan şəxslərin öldürülməsi planlaşdırlmışdı. Dəqiq məlumat var idi ki, Prezident Aparatını Bayıldan ”Qrad" raketləri ilə atəşə tutacaqlar. Üç yol var idi. Müqavimət göstərib sonu bəlli olmayan qırğına getmək, ya istefa vermək, ya da emosiyaların sakitləşməsi üçün yerini müvəqqəti dəyişmək. Əbülfəz Elçibəy yerini dəyişdi. O, ölkəni tərk etmədi, sonadək istefa vermədi".

1993-cü ildə AXC İcraiyyə Komitəsinin sədri vəzifəsində çalışan Fərəc Quliyev : “Əbülfəz bəyi Naxçıvana aparan prezident təyyarəsində şəxsən mən də var idim. Yəni məlumatlı şəxslərdən biriydim. Əbülfəz Elçibəyin yaranmış vəziyyətdə seçdiyi yol pislərin içində ən az pis olanı idi. Başqa seçim daha ağır faciələrə yol aça bilərdi. Əbülfəz Elçibəy Kələkiyə getməklə Azərbaycanın daha ağır fəlakətlərlə üz-üzə qalmasının qarşısını aldı”.



Xatırladaq ki,həmin günlərdə AZərbaycanın Müdafiə Nazirliyi də qəribə bir bəyanat vermişdi. Bəyanatda Gəncə hadisələri daha çox siyasi hadisə kimi qiymətləndirilmiş, ordu bu məsələlərə heç bir halda qarışmayacaq xəbərdarlığı verilmişdi. Bu açıq tekstlə ordunun prezidenti, ali baş komandanı dəstəkləməyəcəyi mesajı idi. Əbülfəz Elçibəyin belə bir şəraitdə Kələkiyə üz tutması da sadalanan arqumentlər sırasındadır. O bir də Bakıya 4 il 4 aydan sonra qayıtdı. Prezident kimi deyil, müxalifət lideri kimi. (Real.tv)



Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Talanan vəsait Bakıya qaytarılmalıdır - VİDEO
17.11.2018
Sən kimsən ki, izahat tələb edəsən?! – Deputatdan sərt reaksiya
17.11.2018
Fazil Məmmədovun müalicədən sonra ilk görüntüsü - FOTO
17.11.2018
"9531 şəhid hərbi qulluqçunun vərəsəsinə birdəfəlik ödəmə veriləcək" - Nazirdən AÇIQLAMA
17.11.2018
Qol.az-ın 10 yaşı oldu