Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5632

Digər sorğular

Bahalaşma Ruhanini dilə gətirdi - "Anbarları boşaldın"

23:33  |    14 İyun 2018  |   E-mail  |  Çapa göndər

ABŞ-ın tətbiq etdiyi iqtisadi sanksiyalarla əlaqədar İranda son günlər yaşanan yüksək qiymət artımının qarşısını almaq məqsədiylə Prezident Həsən Ruhani dövlət anbarlarındakı malların dərhal bazara çıxarılması barədə təlimat verib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, ölkə başçısı iqtisadi sahədə baş verənləri psixoloji müharibə kimi dəyərləndirib.

Ruhani bazardakı dəyişikliyin iqtisadi səbəbinin olmadığını deyib: “Bütün bunlar psixoloji savaşla əlaqədardır.”

İran prezidentinin ofisinin rəhbəri Mahmud Vaizi bildirib ki, Nazirlər Kabinetinin iclasında qiymət artımı məsələsi xüsusi olaraq müzakirə edilib. Onun sözlərinə görə, ölkə prezidenti anbarlardakı malların xalqa çatdırılması üçün rəsmi orqanları təlimatlandırıb.

Xatırladaq ki, ABŞ-ın mayın 8-də İranla imzalanmış nüvə razılaşmasından geri çəkilməsindən sonra İranda bir çox məhsulların qiyməti yüksək sürətlə artmağa başlayıb.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
22.06.2018
İran-Ermənistan əməkdaşlığı yeni vüsət alıb - Ermənistan KİV-i
21.06.2018
Paşinyanın qiyam hesabatı: Sərkisyan etirazları yatırmaq üçün….
21.06.2018
Türk əsgəri İRAN SƏRHƏDİNƏ DOĞRU İRƏLİLƏYİR
20.06.2018
Paşinyan rəqiblərini “siyasi meyit”ə çevirir - Növbəti hədəf kim olacaq?
19.06.2018
Sarkisyan və Koçaryanın fəxri adları ləğv olundu