Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5950

Digər sorğular

Azərbaycan silahları beynəlxalq sərgidə...

01:57  |    15 İyun 2018  |   E-mail  |  Çapa göndər

Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan hərbi təyinatlı məmulatlar Parisdə keçirilən "EUROSATORY-2018” beynəlxalq müdafiə və təhlükəsizlik sərgisində nümayiş etdirilir.

Bununla bağlı müdafiə sənayesi naziri Yavər Camalovun başçılıq etdiyi geniş tərkibli nümayəndə heyəti Fransada səfərdədir.

Nazirlikdən Axar.az-a bildiriblər ki, iyunun 11-dən öz işinə başlayan sərgidə Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan 270 adda hərbi təyinatlı məmulat nümayiş etdirilir.

Dünyanın inkişaf etmiş ölkələrinin qabaqcıl şirkətlərinin qatıldığı "EUROSATORY” sərgisində ilk dəfə təmsil olunan Müdafiə Sənayesi Nazirliyinin nümayiş etdirdiyi məmulatlar, xüsusilə ilk dəfə beynəlxalq sərgiyə çıxarılan - 14,5 millimetrlik “NST” snayper tüfəngi, 81 millimetrlik minaatan, 12,7 millimetrlik silahla təchiz olunmuş məsafədən idarə olunan döyüş modulu, 81 millimetrlik atəş yığımı və “Tufan” minaya davamlı milli zirehli nəqliyyat vasitəsi, “Gürzə” patrul maşını, ”İstiqlal”, “Vaşaq” və “Yalquzaq” snayper tüfəngləri böyük maraqla qarşılanır.

Sərgi çərçivəsində nazir Yavər Camalovun başçılıq etdiyi nümayəndə heyəti tədbirə qatılan ölkələrdən - Türkiyənin “Havelsan” və “Çukurova”, İsrailin “Aeronautics”, Fransanın “Rokcell”, Almaniyanın ”Diehl” və Serbiyanın “Yugoimport” şirkətlərinin stendlərini ziyarət edib, nümayiş etdirilən yeni növ məmulatlarla yaxından tanış olub. Sərgiyə qatılan qabaqcıl şirkətlərin nümayəndələri ilə görüşlər təşkil olunub, yeni növ müdafiə təyinatlı məmulatların yaradılması və istehsalı üçün mövcud əməkdaşlıqların inkişaf etdirilməsi və yeni əməkdaşlıqların qurulması istiqamətində danışıqlar aparılıb. Eyni zamanda, Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində yaradılan və istehsal olunan hərbi təyinatlı məmulatların ixracına dair danışıqlar aparılıb.

Görüşlərdə nazir Yavər Camalov Beynəlxalq Sərgilər Bürosu tərəfindən 2025-ci ildə keçiriləcək “Ekspo 2025” Ümumdünya Sərgisinə ev sahibliyi etməsi üçün Bakının irəli sürülmüş namizədliyinin dəstəklənməsi ilə bağlı müzakirələri davam etdirir.

Sərgi çərçivəsində cari il sentyabrın 25-dən 27-dək Azərbaycanda keçiriləcək “ADEX-2018“ üçüncü beynəlxalq müdafiə sərgisi ilə bağlı nazirliyin nümayəndə heyəti tərəfindən geniş məlumat verilir və dəvətlər çatdırılır.

"EUROSATORY-2018” beynəlxalq müdafiə və təhlükəsizlik sərgisi iyunun 15-də başa çatacaq.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Nazir: “Pensiya yaşını azaltmağa ehtiyac yoxdur”
14.11.2018
Yeni cərimələr təsdiqləndi
14.11.2018
Azərbaycan Respublikası Dövlət Gerbinin təsviri təsdiqlənib
14.11.2018
Azərbaycan Respublikası Dövlət Bayrağının təsviri təsdiq edilib
14.11.2018
Prezident Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında qanunu imzalayıb