Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5618

Digər sorğular

Moksvada futbol üzrə XXI dünya çempionatının təntənəli açılış mərasimi keçirilir - CANLI YAYIM

19:19  |    14 İyun 2018  |   E-mail  |  Çapa göndər

Rusiyanın paytaxtı Moskvadakı “Lujniki” stadionunda futbol üzrə XXI dünya çempionatının təntənəli açılış mərasiminə start verilib.

"Report" xəbər verir ki, dörd il əvvəl Braziliyadakı mundialın finalında Mario Götzenin Almaniyaya qələbə gətirən qolundan düz 1432 gün sonra dünya futbolunun qəlbi Moskvada döyünməyə başladı.

Futbol üzrə XXI dünya çempionatının təntənəli açılış mərasimində ingiltərəli məşhur müğənni Robbi Uilyams və rusiyalı tanınmış opera müğənnisi Aida Qarifullina möhtəşəm ifaları ilə arenaya toplaşan azarkeşlərə unudulmaz anlar bəxş edirlər.

Qeyd edək ki, açılış mərasimindən sonra keçiriləcək ilk oyunda “A” qrupunda yer alan ev sahibi Rusiya millisi Səudiyyə Ərəbistanı yığması ilə qarşılaşacaq. Mundialın açılış oyununu argentinalı Nestor Pitana idarə edəcək.

Dünya çempionatında 32 milli komanda mübarizə aparır. Millilər hər birində dörd komanda olan səkkiz qrupda yer alıblar:

“A” qrupu: Rusiya, Səudiyyə Ərəbistanı, Misir və Uruqvay;

“B” qrupu: Portuqaliya, İspaniya, Mərakeş, İran;

“C” qrupu: Fransa, Avstraliya, Peru, Danimarka;

“D” qrupu: Argentina, İslandiya, Xorvatiya, Nigeriya;

“E” qrupu: Braziliya, İsveçrə, Kosta-Rika, Serbiya;

“F” qrupu: Almaniya, Meksika, İsveç, Koreya Respublikası

“G” qrupu: Belçika, Panama, Tunis, İngiltərə;

“H” qrupu: Polşa, Seneqal, Kolumbiya, Yaponiya.

Hər qrupda ilk iki yeri tutan komandalar səkkizdəbir final mərhələsinə vəsiqə qazanacaqlar.

Dünya çempionatının qrup mərhələsinin oyunları iyunun 14-dən 28-dək keçiriləcək. Bir günlük istirahətdən sonra - iyunun 30-da start veriləcək səkkizdəbir final mərhələsinə iyulun 3-də yekun vurulacaq. İyulun 4-ü və 5-i çempionatda növbəti istirahət günləri olacaq. İyulun 6-da və 7-də dörddəbir, iyulun 10-da və 11-də yarımfinal görüşləri keçiriləcək. İyulun 14-də üçüncü yer uğrunda görüş, 15-də isə final matçı və bağlanış mərasimi olacaq.

">

Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
17.06.2018
Şamaxıda yük və minik maşınları toqquşub, 2 nəfər ölüb, 3 yaralı var
17.06.2018
49 yaşlı azərbaycanlı bazarda adamları atəşə tutdu
17.06.2018
Araz çayında batan İmişli sakininin cəsədi tapılıb
17.06.2018
Bakıda piyadanı vurub qaçan sürücü sakinlər tərəfindən döyülüb
16.06.2018
Nəhəng ilan qadını uddu - Şok olay