Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5632

Digər sorğular

Türkiyə və ABŞ hərbçiləri Menbiç planının icrasına başlayır

16:58  |    14 İyun 2018  |   E-mail  |  Çapa göndər


Türkiyə və ABŞ hərbçiləri Menbiçin terrorçulardan təmizlənməsinə dair planı artıq razılaşdıraraq, hər iki ölkənin rəhbərliyinə təqdim etmək barədə qərar qəbul ediblər.

AzVision.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Menbiç üzrə yol xəritəsi və Menbiçdə təhlükəsizlik prinsiplərinin müəyyənləşdirilməsi ilə əlaqədar 12-13 iyunda ABŞ-ın Avropa Komandanlığının qərargahında Amerika və Türkiyə silahlı qüvvələrinin vəzifəli şəxsləri toplantı keçirirblər.

Türkiyə Silahlı Qüvvələrinin baş qərargahı bəyan edib ki, görüşdə Menbiçin YPG/PYD, PKK terrorçularından təmizlənməsi müzakirə edilib və Menbiç planının icra mexanizminə dair razılıq əldə olunub. Menbiç üzrə hərbçilərin hazırladığı sənədin mətni Türkiyə və ABŞ rəhbərliyinə təqdim ediləcək.

Qeyd edək ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun ABŞ dövlət katibi Mayk Pompeo ilə 4 iyundakı görüşündə Suriyanın Menbiç əyalətinin YPG/PYD kürd terrorçu qruplaşmalarından təmizlənməsinə dair "yol xəritəsi" üzrə razılıq əldə olunub.

Menbiç planının detallarını açıqlayan Çavuşoğlu bildirib ki, təmizlənmə prosesi 3 mərhələdə icra olunacaq. Birinci mərhələdə 10 gün ərzində ABŞ və Türkiyə nümayəndələrindən ibarət ilkin hazırlıq toplantısı keçiriləcək. İkinci mərhələdə YPG terrorçuları Menbiçdən çıxarılaraq Fərat çayının şərq sahillərinə çəkiləcək. Bu zaman terrorçuların əlindəki bütün silahlar alınaraq tərksilah ediləcək. Üçüncü mərhələdə isə Menbiçin yerli özünüidarə məsələsinə baxılacaq. Bu zaman bölgədəki əhali nisbəti nəzərə alınacaq. Menbiçdə ərəblərin üstünlük təşkil etdiyi yerlərdə idarəçilik və təhlükəsizliyə nəzarət ərəblərə həvalə olunacaq. Digər yerlərdə əgər çoxluq kürdlərə məxsus olsa, yalnız YPG/PYD, PKK xaricindəki kürdlərə idarəçilikdə iştirak haqqı veriləcək.

Çavuşoğlu bəyan edib ki, Menbiçin terrorçulardan təmizlənməsindən sonra, bu planı Suriyada kürd terrorçularının nəzarətində olan digər bölgələrə də tətbiq edəcəklər. Türkiyə xarici işlər naziri Menbiçin terrorçulardan 3-6 ay ərzində təmizlənəcəyini və bu prosesdə üçüncü ölkənin iştirak etməyəcəyini deyib.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
22.06.2018
Türk aviasiyası İraqı vurdu: 24 ölü
22.06.2018
G-7 toplantısında TRAMP MERKELƏ QƏND ATIB
22.06.2018
YPG Menbiçdən çıxır ABŞ rəsmisindən ikibaşlı bəyanat
22.06.2018
“Taym” jurnalının ÜZ SƏHİFƏSİNDƏ TRAMPİN İRQÇİ SİYASƏTİNƏ TƏNQİD
22.06.2018
İran nüvə sazişindən çıxmağa hazırlaşır