Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5618

Digər sorğular

"Ermənilərin ən qatı Qərbpərəsti də, demokratı da Qarabağ məsələsində işğalçı faşist kimi davranır"

18:59  |    14 İyun 2018  |   E-mail  |  Çapa göndər

Bədnam Ermənistanın prezidenti Armen Sarkisyanın Azərbaycanın işğal olunmuş ərazilərinə, o cümlədən Kəlbəcər rayonuna səfəri həqiqətən də təxribat xarakterli səfərdir.

Məqsəd də Dağlıq Qarabağla bağlı onsuz da gərgin olan vəziyyətin bir qədər də gərginləşdirilməsindən ibarətdir.

Qərbpərəst imici qazanmış və guya ki, sülh tərəfdarı olan A.Sarkisyanın bu addımı onu göstərir ki, rəsmi İrəvan beynəlxalq hüququn prinsiplərinə hörmət etmir və BMT-nin tələblərinə, qətnamələrinə növbəti dəfə saymazyana yanaşır. Odur ki, mən hesab edirəm ki, istər A.Sarkisyanın, istərsə də yeni baş nazir N.Paşinyanın sülhdən danışmaqları və Qarabağ münaqişəsinin sülh yoluyla həllinə tərəfdar olduqlarını bəyan etməkləri sadəcə və sadəcə, riyakarlıqdan başqa bir şey deyil. Onlar bununla beynəlxalq ictimaiyyətin gözünə kül üfürməklə məşğuldurlar. Ermənilərin ən qatı qərbpərəsti də, demokratı da Qarabağ məsələsində işğalçı faşist kimi davranır. Bunu beynəlxalq təşkilatlar da anlasalar yaxşı olar. Həmsədrlər ortaya konkret mövqe qoysunlar və Ermənistan rəhbərlərindən bu cür təxribatçı addımlara son qoymağı tələb etsinlər!

Əlisahib Hüseynov
Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
16.06.2018
Zaxarovanın bu fikri ikrah hissi doğurur - Trend
16.06.2018
İrandan Türkiyənin Qəndil əməliyyatına - Reaksiya
15.06.2018
“Azərbaycanda heç bir məzhəb ayrı-seçkiliyi yoxdur” – Allahşükür Paşazadə
14.06.2018
Eynşteynin irqçi fikirləri dərc olundu – Çinlilər pinti və küt insanlardır
14.06.2018
Azərbaycan MÜHARİBƏYƏ HAZIRLAŞIR - RÜS HƏRBİ EKSPERTİ