Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5632

Digər sorğular

Azərbaycanın aldığı “Polonez” “İskəndər”dən üstündür - Rusiyalı hərbi ekspert

15:34  |    14 İyun 2018  |   E-mail  |  Çapa göndər


Rəsmi Bakı Azərbaycan Silahlı Qüvvələrinin hərbi-texniki təchizatını daha da gücləndirir.

AzVision.az xəbər verir ki, bir neçə gün əvvəl Belarus Respublikasından aldığımız “Polonez” reaktiv yaylım atəşi sistemlərinin ordumuzun ixtiyarına verilməsi düşməni ciddi narahat edir. Çünki narahatlıq üçün səbəbləri var. Elə “Polonez”lərlə bağlı erməni KİV-in rusiyalı ekspertlərdən aldıqları cavablar da onları sevindirməyib. Vəziyyət ciddidir.

Rusiyanın Siyasi və Hərbi Təhlil İnstitutunun direktor müavini, tanınmış hərbi ekspert Aleksandr Xramçixin erməni mediasına müsahibəsində bildirib ki, istənilən tip yeni silahların alışı Cənubi Qafqazda qüvvələr balansını pozur. O cümlədən də, Bakının “Polonez”ləri alması. Lakin balans Azərbaycanın xeyrinə pozulur.

Rusiyalı ekspertin fikrincə, ordunu mütəmadi olaraq yeni və hər dəfəsində daha ağır, bahalı silahlarla təchiz edən Bakı göstərir ki, müharibəyə ciddi hazırlaşır: “Azərbaycan öz hərbi imkanlarının genişləndirir. “Polonez” sitemlərindən konkret olaraq necə istifadə olunacağını isə taktki və strateji vəziyyət göstərəcək. Hər şey müharibənin necə davam edəcəyindən asılıdır. Nə vaxt başlayacağından asılı olmayaraq, Dağlıq Qarabağda hərbi əməliyyatların bərpası qaçılmazdır. Səbəb isə odur ki, münaqişə tərəflərinin mövqeləri əvvəlki kimi yenə bir-birinə ziddir. Və bu məsələni müharibəsiz necə həll etməyin mümkünlüyünü anlamaq olduqca çətindir” – deyə Xramçixin bildirib.

Rusiyalı hərbi ekspert vurğulayıb ki, Azərbaycan həm canlı qüvvə, həm də hərbi texnika baxımından Ermənistanı üstələyir. Hətta döyüş qabiliyyəti və keyfiyyət cəhətdən də Azərbaycan olduqca uğurlu nəticələr göstərir. Bu mənada Xramçixin Azərbaycan hərbi hava qüvvələrinin gücünü xüsusilə vurğulayıb.

Ekspertin sözlərinə görə, Ermənistan bütün gücünü müdafiəyə yönəltməyə çalışır və ordunun müdafiə potensialını gücləndirməyə səy göstərir: “Müdafiə olunmaq hücum etməkdən daha asandır, lakin bu, çox zaman perspektivsiz olur.” – deyə Xramçixin bildirib.

Yəni aydın olur ki, silahlı qüvvələrinin döyüş qabiliyyətinin ürəkaçan olmadığını yaxşı dərk edən İrəvan güclü Azərbaycan Ordusu qarşısında ən azı müdafiə olunmağa üstünlük verir.

Rusiyalı hərbi ekspert “Polonez” reaktiv yaylım atəşi sistemlərilə Ermənistandakı “İskəndər” taktiki raket komplekslərini də müqayisə edib. Bildirib ki, “İskəndər” raketi hədəfə dəqiq zərbə vurmağa qadirdir. Lakin “Polonez”lərin zərbə diametri “İskəndər”i üstələyir. Çünki “Polonez”in bir kompleksində döyüşə hazır 8 raket yerləşdirilib ki, bununla da eyni anda hədəfə səkkiz dəqiq zərbə endirmək mümkündür. Bu səbəbdən də, “Polonez”lər daha məhsuldardır.

Xramçixin vurğulayıb ki, “Polonez”lərin alınması ilə Azərbaycan düşmənin strateji dərinlikdə yerləşən obyektlərini məhv etməyə qadir silahlara üstünlük verdiyini göstərdi.

Elə Ermənistanı narahat edən də budur. İrəvanın istənilən təxribatı bütün Ermənistanın hədəfə alınmasilə nəticələnə bilər.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
22.06.2018
Rusiyadan Xəzərlə bağlı Mühüm sənəd
22.06.2018
Azərbaycan və Ermənistan XİN rəhbərləri görüşdü
22.06.2018
ABŞ-ın” Yeni Yaxın Şərq” PLANI DAVAM EDİR
22.06.2018
Qarabağın işğalında iştirak etmiş Ermənistanın daha bir deputatı saxlanılıb
22.06.2018
Qənirə Paşayeva Böyük Britaniya, Meksika və Filippinin fəal qadınları ilə Qarabağdan danışıb - FOTO