Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5898

Digər sorğular

Milli Qəhrəman: “Döyüşə getməyə hazıram”

11:20  |    14 İyun 2018  |   E-mail  |  Çapa göndər


“Özümü tank kimi hiss edirəm. İstənilən vaxt döyüşə getməyə hazıram. Vətənin torpaqlarını düşməndən azad etmək borcumuzdur”

Bunu AzVision.az-a Azərbaycanın Milli Qəhrəmanı Maşallah Abdullayev deyib. Milli Qəhrəman bildirib ki, Şərur rayonunun Günnüt kəndinin 26 ildən sonra Ordumuzun nəzarəti altına keçməsi onu çox sevindirib.

“Naxçıvanda uğurumuzu görüb çox sevindim. Deyirlər ki, oradan ata yurdum Dərələyəz görünür. 11 min hektar az ərazi deyil, Laçın dəhlizinin lap yaxınlığındadır. İnşallah qələbə bizimlədir. Allah millətimizin heç bir nümayəndəsinə dəyməsin. Bu gün hamı əl-ələ verməli və torpaqları qorumalıdır. Vətənin dar günündə birlik göstərmək lazımdır”.

M. Abdullayev hazırda təsərrüfatla məşğul olduğunu deyib: “Təsərrüfatla məşğul oluram, normal dolanıram, prezident təqaüdü alıram. Bu gün adımı daşıyam nəvəmi veteranlarla görüşə gətirmişəm, görsün ki, mənim dostlarım kimlərdir. Müasir gənclərdə vətənpərvərliyi artırmağa ehtiyac var. Maşallah, tank kimiyəm. Hər an döyüşə getməyə hazıram. Vətənin torpaqlarını qurumsaqlardan qurtarmalıyıq”.

Qeyd edək ki, Maşallah Babakişi oğlu Abdullayev 1950-ci il mayın 27-də Goranboy rayonu Kəpənəkçi kəndində anadan olub. O, 1991-ci ildə yerli özünümüdafiə batalyonu yaradıb, Zeyvə, Todan və digər kəndlərin müdafiəsində fədakarlıqla vuruşub, Ağcakəndin azad edilməsində xüsusi qəhrəmanlıq göstərib. O, 1992-ci ildə briqada komandirinin müavini kimi Tərtər, Goranboy, Ağdərə ərazilərində düşmənə qarşı qəhrəmanlıqla vuruşub.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
21.10.2018
Xocalının günahkarları hələ də yaşayır – Rus deputat
21.10.2018
“Bu hökuməti Dağlıq Qarabağ maraqlandırmır...” - keçmiş amerikalı həmsədr
21.10.2018
Cəbhədə vəziyyət necədi?
20.10.2018
Kayseridə Xocalı abidəsi açılıb - VİDEO
20.10.2018
Ermənilər iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəsi pozublar