Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5898

Digər sorğular

Vahid Əhmədovdan hakimiyyətə Rəsulzadə, Elçibəy və Nuru Paşa müraciəti

10:40  |    14 İyun 2018  |   E-mail  |  Çapa göndər


Deputat: “Hər kəs çəkdiyi əziyyətlərə görə haqqını almalıdır”

“Arif Rəhimzadənin ”Yeni Müsavat"dakı müsahibəsini oxudum. Tamamilə haqlı olaraq deyirik, Bakıda Məhəmməd Əmin Rəsulzadənin, Əbülfəz Elçibəyin heykəlini qoymaq lazımdır. Mən Arif Rəhimzadəni kifayət qədər yaxşı tanıyıram, kifayət qədər təcrübəli şəxsdir. Onun fikirləri ilə tam razıyam".

Milli Məclisin istiqlalçı deputatı Vahid Əhmədov bu fikirləri “Yeni Müsavat”a açıqlamasında bildirdi. Açıqlama və müsahibələrində daim milli dəyərlərimizə qiymət verilməsini zəruri sayan, həmçinin dövlətimizin qurulmasında xidməti olan şəxslərin adlarının əbədiləşdirilməsini təbliğ edən V.Əhmədov qeyd etdi ki, hökumət Cümhuriyyətimizin 100 illiyində bu kimi təkliflərə biganə qalmamalıdır: “Azərbaycan müstəqil dövlətdir. Niyə Məhəmməd Əmin Rəsulzadənin heykəli qoyulmasın? Fikir verdinizsə, ABŞ Konqresi Azərbaycanla əlaqədar iki mühüm bayrama önəm verdi: 28 May Cümhuriyyət gününə və 18 oktyabr Konstitusiya Aktının qəbul olunması gününə. Biz digər bayramları da qeyd edirik. Amma dövlətimizin yaradılması, atributların qəbulu, həmçinin müstəqilliyimizin bərpasından sonra onların təkmilləşdirilməsi bu iki tarixi günlə əlaqədardır. Çox ağır dönəmdə dövlətimiz 23 ay fəaliyyət göstərib. Dövlət qurucularının ilk vaxtlarda heç fəaliyyət göstərməyə yerləri də olmayıb. Tiflisdə dövlətimizi elan edən dəyərli insanlar sonra Gəncəyə köçə biliblər. 23 aydan sonra isə ruslar ermənilərlə bir yerdə dövlətimizi süquta yetiriblər. İndi niyə də Məhəmməd Əmin Rəsulzadənin, yaxud milli azadlıq hərəkatının lideri Əbülfəz Elçibəyin heykəli olmasın? Bunlar Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparmış insanlardır. Ümumiyyətlə, hər kəs çəkdiyi əziyyətlərə görə haqqını almalıdır”.

Vahid Əhmədov ile ilgili görsel sonucu

V.Əhmədov deputat həmkarları Qüdrət Həsənquliyev və Fazil Mustafanın səsləndirdiyi təkliflərə də baxılmasını zəruri saydı. Xatırladaq ki, hər iki deputat Azərbaycanı erməni-bolşevik quldurlarından təmizləyən, Bakını işğaldan azad edən Qafqaz İslam Ordusunun rəhbəri Nuru Paşaya abidə qoyulması üçün müraciətlər ediblər. Ancaq bu məsələ də həllini tapmamış qalıb. V.Əhmədov məsələnin müsbət həllini arzuladığını bildirdi: “Həmkarlarım tamamilə haqlıdırlar. Nuru Paşa Azərbaycanın azad olunmasında çox böyük əziyyətlər çəkib. İllərdir ki, tarixçilər bu barədə yazırlar, pozurlar, müəyyən mübahisələr də gedir. Amma fakt faktlığında qalır. Necə ki, 90-cı illərdə Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparan insanlar olub, onları yaddan çıxarda bilmərik, o insanlar da qiymətini almalıdır. Çünki bu, tarixdir. İllər keçsə də, bir gün həqiqət öz yerini tapacaq”.

Deputat Nuru Paşa ilə bağlı addımın atılmasını həm də qardaş Türkiyə ilə münasibətlər baxımından önəmli hesab edir: “Türkiyə bizim qardaş dövlətimizdir, dar gündə həmişə Azərbaycanın yanında olub. Düzdür, bu günlər orada da müəyyən problemlər var. Hesab edirəm ki, prezident seçkiləri uğurla keçəcək. Türkiyə demokratik dövlət kimi, nəinki bölgədə, ümumiyyətlə, dünyada ən güclü dövlətlərdən biridir. Son zamanlar Türkiyənin Suriya və İraqda apardığı əməliyyatlar bir çox dövlətlərin xoşuna gəlməsə də, Ankara öz mövqeyində çox möhkəm dayanıb. Həmçinin qardaş ölkə bizə də həmişə dayaqdır. Beynəlxalq təşkilatlarda Azərbaycanı ən çox müdafiə edən məhz Türkiyə dövlətidir. Bir millət, iki dövlət olduğumuzu heç vaxt unutmaq olmaz”.

“Yeni Müsavat”
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
19.10.2018
ABŞ-dan Paşinyana “ya hərb, ya sülh” çağırışı nə vəd edir?
19.10.2018
Paşinyan: “Azərbaycan tərəfi ilə razılığa gəlmişik ki...”
19.10.2018
Ermənistanla “haqq-hesab” günü yaxınlaşır - Bakı üçün yeni situasiya
18.10.2018
Zakir Həsənov Çexiyada hərbi sərgidə - FOTOLAR
18.10.2018
Prezident İlham Əliyev: İqtisadi sahədə İtaliya Azərbaycan üçün birinci ticarət tərəfdaşıdır