Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5618

Digər sorğular

YARALI ZABİT: "YAVAŞ-YAVAŞ ÖZ DOĞMA TORPAQLARIMIZA QAYIDIRIQ”

19:59  |    13 İyun 2018  |   E-mail  |  Çapa göndər

Kamil Musavi:"Düşmən tapdağından cəmi bir metr ərazimiz belə azad edilsə, bizim üçün qürurverici nailiyyətdir, qələbədir"

"Cocuq Mərcanlıdan sonra Günnüt kəndinin işğaldan azad edilməsi o deməkdir ki, yavaş-yavaş öz doğma torpaqlarımıza qayıdırıq”.

Bunu "Sherg.az”a Şərur rayonunun Günnüt Kəndinin işğaldan azad olunmasından danışarkən Qarabağ qazisi Kamil Musavi söyləyib.

O vurğulayıb ki, düşmən tapdağından cəmi bir metr ərazimiz belə azad edilsə, bizim üçün qürurverici nailiyyətdir, qələbədir:

"Günnütün azad edilməsi ilə bağlı məlumatı rəsmi mənbələrdən oxudum və orada xidmət keçən hərbçi dostlarımızdan da dəqiqləşdirdim. Həqiqətən, Azərbaycan 2016-cı ilin aprel ayında Lələtəpə yüksəkliyində əldə etdiyi uğurdan sonra, daha bir kəndimizi işğaldan azad etdi.

Bu o deməkdir ki, ərazilərimizin azad olunmasına start vermişik. İnanırıq ki, öz ata-baba yurdları işğal altında olan vətəndaşlarımız doğma yurd-yuvalarına qayıdacaqlar.

Bu yolda ordumuzu hər zaman dəstəkləyirik və Ali Baş Komandanımızın yanındayıq. Biz ali baş komandanın bütün əmrlərini yerinə yetirməyə hazırıq. Yetər ki, torpaqlarımız işğaldan azad olunsun”.

Qeyd edək ki, 1992-ci ildə erməni silahlı birləşmələri tərəfindən işğal edilən Şərur rayonunun Günnüt kəndi 26 ildən sonra Ordumuzun nəzarəti altına keçib. Artıq 26 illik yurd həsrəti sona çatan kənd camaatı doğma yurdlarına qayıdıb, yaxınlarının məzarlarını ziyarət ediblər. Günnüt məzarlığında 26 il sonra Quran oxunub. Artıq kənd ərazisi minalardan təmizlənir və əhalinin öz yurd-yuvalarına qayıtması üçün işlər görülür.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
16.06.2018
Zaxarovanın bu fikri ikrah hissi doğurur - Trend
16.06.2018
İrandan Türkiyənin Qəndil əməliyyatına - Reaksiya
15.06.2018
“Azərbaycanda heç bir məzhəb ayrı-seçkiliyi yoxdur” – Allahşükür Paşazadə
14.06.2018
Eynşteynin irqçi fikirləri dərc olundu – Çinlilər pinti və küt insanlardır
14.06.2018
"Ermənilərin ən qatı Qərbpərəsti də, demokratı da Qarabağ məsələsində işğalçı faşist kimi davranır"