Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5618

Digər sorğular

Hollandiyadan MÜSƏLMAN PEYĞƏMBƏRİNƏ TƏXRİBAT

17:53  |    13 İyun 2018  |   E-mail  |  Çapa göndər

Geert Vildersin liderlik etdiyi Hollandiyanın “Azadlıq” Partiyası böyük bir təxribata hazırlaşır.

Hər fürsətdə Müsəlman əleyhinə aksiyalar təşkil edən “Azadlıq” Partiyası, bu dəfə də Hollandiya Parlamentində Müsəlman Peyğəmbəri Həzrəti Məhəmmədi təsvir edən karikaturalar müsabiqəsi keçirəcək.

Xatırladaq ki, daha əvvəl də Həzrəti Məhəmmədin karikaturalarının çəkilməsi böyük gərginliyə səbəb olmuşdu. 2015-ci ildə Fransanın “Çarli Hebdo” jurnalında nümayiş olunan karikaturalardan sonra terror hücumu həyata keçirilmiş və jurnalın 12 əməkdaşı həlak olmuşdu.

2005- də Danimarkada yayımlanan Həzrəti Məhəmmədin karikaturaları Müsəlman ölkələrində böyük etirazların baş verməsinə səbəb olmuşdu.
Keçmişdə yaşanan bu təcrübələrə baxmayaraq partiyadan bildiriblər ki, Hollandiyanın terrorla mübarizə agentliyinin müsabiqənin keçirilməsinə yaşıl işıq yandırdığı qeyd olunub.

Vilders və partiyası qaçqınlara və Müsəlmanlara qarşı son dərəcə aqressiv bir siyasəti ilə tanınır. Quran i Kərimin qadağan olunmasını tələb edən Vilders, İslamın da totalitar bir inanc olduğu fikrini müdafiə edir.
“Azadlıq” Partiyasının yaxın aylarda keçirəcəyi müsabiqənin münsiflər heyəti sədrinin Texasda keçirilən analoji yarışda birinci olan Amerikan karikaturaçı Bosch Favstinin olması gözlənilir.

Müxalifət.az
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
16.06.2018
Zaxarovanın bu fikri ikrah hissi doğurur - Trend
16.06.2018
İrandan Türkiyənin Qəndil əməliyyatına - Reaksiya
15.06.2018
“Azərbaycanda heç bir məzhəb ayrı-seçkiliyi yoxdur” – Allahşükür Paşazadə
14.06.2018
Eynşteynin irqçi fikirləri dərc olundu – Çinlilər pinti və küt insanlardır
14.06.2018
"Ermənilərin ən qatı Qərbpərəsti də, demokratı da Qarabağ məsələsində işğalçı faşist kimi davranır"