Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5902

Digər sorğular

“Xoşqədəm həddini bilsin, ağzına gələni danışır” - Şairə Nazilə

16:01  |    13 İyun 2018  |   E-mail  |  Çapa göndər


Tanınmış şairə Nazilə Səfərli aparıcı Xoşqədəm Hidayət qızının onu intihar həddinə çatdırdığını açıqlayıb.

Musavat.com xəbər verir ki, şairə sosial şəbəkədə paylaşdığı videoda bildirib ki, qardaşı ilə keçmiş həyat yoldaşının arasında yaşanan məişət problemlərində onun adının hallandırılmasından təngə gəlib.

Səfərli sözügedən qalmaqalın nüfuzuna və səhhətinə xələl gətirdiyini deyib. Bu səbəbdən də intihara əl atacağını və özünə qəsd edəcəyi təqdirdə məsuliyyətin Xoşqədəmin boynunda olduğunu qeyd edib.

Musavat.com məsələ ilə bağlı Nazilə Səfərli ilə əlaqə saxlayıb. O, bildirib ki, anasının və özünün səhhətində ciddi problemlər yaranıb: “Əsəbdən boğazım ağrıyır, dünən anamın şəkəri qalxmışdı. Anamın halı o qədər pis oldu ki, qorxuya düşdüm. O həddə çatdım ki, Xoşqədəmə intihar edəcəyimi dedim. O da həddini bilsin, dünya dərə-bəylik deyil. Bir verilişi var, ağzına gələni danışır. Mən daha öncə də açıqlama verdim ki, qardaşımın ailə məsələsində mənim adımı hallandırmasınlar. Hər kəsin problemi ola bilər. Mən qardaşımın ailəsini dağıtmamışam, bu məsələyə aidliyim yoxdur. Söz-söhbətlər mənim də , anamın da səhhətində problem yaradır. artıq sussunlar”.

Aparıcı Xoşqədəm Hidayətqızı ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab vermədi. Onun mövqeyini dərc etməyə hazırıq.

Musavat.com
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
23.10.2018
Mübariz Qurbanlı: “Ailə məzarlığı”na son qoyulacaq"
23.10.2018
Azərbaycanda havanın temperaturu 10 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ
23.10.2018
Sabahın hava proqnozu açıqlanıb
23.10.2018
Kəmaləddin Heydərova məxsus bəzi otellərin adı dəyişdirildi - FOTO
23.10.2018
“Belə getsə, bir neçə il sonra Bakı çökəcək”