Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5618

Digər sorğular

General planı açıqladı: Türk ordusu xəritəni dəyişir

11:45  |    13 İyun 2018  |   E-mail  |  Çapa göndər


Türkiyə Silahlı Qüvvələri Şimali İraqda kritik mərhələni artıq geridə qoyub. Ordumuz İraqda xüsusi bir üsuldan istifadə edir.

Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri istefada olan türkiyəli general İsmayıl Haqqı Pekin deyib.

“Hazırda Türkiyə ordusu quru və hava kəşfiyyatı baxımından çox yaxşı vəziyyətdədir və bu vəziyyət mütləq şəkildə mövcud əməliyyata təsir göstərəcək. Bölgədə bir sıra sərhəd və xüsusi təyinatlı dəstələrimiz fəaliyyət göstərir. Lojistik xəttin təhlükəsiz bir mövqe qazanması ilə 12 komandos briqadası və xüsusi təyinatlıların təcrübəli hərbçiləri bölgəyə göndəriləcək. Bunun xüsusi üsulla həyata keçirilən bir əməliyyat olacağını düşünürəm. Bu dəfə bir neçə min əsgərin hücumu ilə bütün bölgə terrordan təmizlənəcək. Həmin nöqtədə helikopter, təyyarə və PUA-ların dəstəyi mühüm rol oynayacaq”.

Diplomatiya çox vacibdir

“Hazırda Türkiyənin regional fiqurlarla qurduğu pozitiv əməkdaşlıq PKK-nın əsas bazasına vurulacaq zərbə barədə böyük üstünlükləri təmin edəcək. Türkiyə həm Bərzani, Talabani və digər fiqurlarla, həm də İraq hakimiyyəti və İranla yaxşı münasibətlər qurub. Qəndil əməliyyatı ilə bağlı ABŞ-ın da mane olmaq üçün ata biləcəyi hər hansı bir addımı yoxdur. Hadisənin diplomatiya qolunda doğru addımlar atılmağa davam edəcəyi təqdirdə əlimiz daha çox güclənəcək”.

90 gün ərzində bayraq sancılar

Qəndildə terror mərkəzinin məhv edilməsi hərbi olduğu qədər psixoloji cəhətdən də böyük önəm daşıyır. Türk əsgəri 90 gün ərzində Qəndilin zirvəsinə türk bayrağını sancar. “Fərat qalxanı”, “Zeytun budağı” və ardından baş tutacaq Qəndil zəfəri ilə PKK çox ciddi bir dağılma prosesinə qədəm qoyacaq. Kato dağından başlayan hazırlıq mərhələsindən bu yana davam edən əməliyyatlar mövcud şəraitdə belə İran, İraq, Türkiyə və Suriyadakı PKK-çılarda böyük bir təşvişə səbəb oldu. Türkiyə bir yandan öz təhlükəsizliyi, digər yandan bölgə xalqının yeni terror təhdidlərinə məruz qalmaması üçün mövcud sərhəd xəritəsini dəyişdirməlidir. İraqın daxilinə doğru 80 kilometrlik bir təhlükəsizlik xətti yaradılmasa, gələcək illərdə də bölgədə bizim üçün yeni təhdidlər baş qaldıra bilər. Hazırda bunun əsl vaxtıdır və Türkiyə bu vəziyyətdə ciddi addımlar atmalıdır”.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
17.06.2018
İtaliya limanlarını bütün miqrantlara bağladı
17.06.2018
Türkiyə ordusu Qəndildə 35 terrorçunu məhv edib
17.06.2018
Türkiyə PKK-nın “beynini” məhv etdi – Ərdoğandan şok açıqlama
17.06.2018
Azərbaycandakı Türkiyə vətəndaşları səs verməyə başlayıblar
16.06.2018
Türk qırıcıları 12 hədəfi məhv etdi