Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5770

Digər sorğular

Gürcüstanda azərbaycanlı icra başçısı saxlanılıb - YENİLƏNİB

10:50  |    13 İyun 2018  |   E-mail  |  Çapa göndər


Gürcüstanın Birinci kanalı Marneuli rayonunun İcra Hakimiyyəti başçısı Temur Abazovun saxlanıldığı barədə xəbər yayıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, ölkənin Baş Prokurorluğu xəbəri təsdiqləyib.

***

09.29

Gürcüstanın Marneuli rayonunun İcra Hakimiyyəti başçısı Temur Abazov prokurorluğa çağırılıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, prokurorluqda T. Abazovun yer aldığı iddia olunan və "Facebook" sosial şəbəkəsində yayılmış video-görüntü ilə bağlı araşdırmaya başlanıb. Araşdırma qeyri-insani və ləyaqəti alçaldan rəftar faktı üzrə aparılır.

İyunun 11-də Tbilisidə etiraz aksiyasında Marneuli sakini, müxalif Vahid Milli Hərəkat partiyasının üzvü Elçin Allahverdiyev adlı şəxs "Facebook" üzərindən canlı yayım edərək T. Abazov və "Gürcü Arzusu" partiyasının sədri Bidzina İvanişviliyə qarşı təhqiramiz ifadələr işlədib. Daha sonra E. Allahverdiyevin alçaldılaraq, üzr istədiyi video-görüntü sosial şəbəkədə yayılıb. Video-görüntüdə T. Abazovun da olduğu iddia olunur.

Video qısa zaman ərzində sosial şəbəkədə geniş yayılıb və istifadəçilərin hiddətinə səbəb olub.

T.Abazov öz növbəsində video-görüntülərdən xəbəri olmadığını bildirib.

E. Allahverdiyev məsələ ilə bağlı artıq Marneuli polis bölməsində dindirilib.

Qeyd edək ki, video-görüntülərlə bağlı məsələ Gürcüstan ictimaiyyətində son günlər ən çox müzakirə olunan mövzuya çevrilib.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
16.08.2018
"Rusiya ilə sərhədlərimizi bağlamalıyıq" - General
12.08.2018
Sumqayıtda silahlı insident: ölən var
12.08.2018
Daha bir unikal tarixi abidəmiz yer üzündən silinmək üzrədir - FOTO
08.08.2018
Azərbaycanda şöbə rəisi iş otağında bıçaqlandı
05.08.2018
Bəşər Əsədin kimyəvi silah mütəxəssisi öldürüldü