Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5618

Digər sorğular

Azərbaycan-İtaliya Beynəlxalq arxeoloji ekspedisiyası arxeoloji tədqiqatlara başladı

10:31  |    13 İyun 2018  |   E-mail  |  Çapa göndər


Azərbaycan-İtaliya Beynəlxalq arxeoloji ekspedisiyası Goranboyda arxeoloji tədqiqatlara başladı

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun sektor rəhbəri, tarix üzrə fəlsəfə doktoru, dosent Bəxtiyar Cəlilovun və Florensiyadakı (İtaliya) Lorenzo de` Medici Beynəlxalq İtaliya İnstitutunun Dini tədqiqatlar departamentinin (SoRS/School of Religious Studies) rəhbəri, professor Nikola Lanerinin həmrəhbəri olduqları Azərbaycan-İtaliya Beynəlxalq arxeoloji ekspedisiyası iyunun 11-dən etibarən Goranboy rayonunun Qaradağlı kəndi ərazisində elmi tədqiqatlara başlamışdır.

Tədqiqatın əsas obyekti ilk tunc dövrünə aid kurqan tipli qəbir abidələridir. Bununla yanaşı mütəxəssislər tərəfindən ərazidə yerüstü araşdırmalar, arxeoloji abidələrin topoqrafik planları və elektron qeydiyyatları aparılacaqdır.

Arxeoloji ekspedisiyanın tərkibində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları ilə yanaşı, İtaliyanın Qədim Aralıq Dənizi Hövzəsi və Yaxın Şərq Tədqiqatı Mərkəzinin (CAMNES), müxtəlif arxeometrik sahələr üzrə tədqiqatlar aparacaq Almaniya və Fransadan mütəxəssislər də iştirak edir.

Qeyd edək ki, ötən il AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu ilə CAMNES arasında, Azərbaycanın bir sıra qərb rayonlarında tunc dövrü kurqan tipli dəfn abidələrinin birgə arxeoloji tədqiqi barədə razılığa gəlinmişdi.
Həmçinin, bu il martın 29-30-da Florensiyada (İtaliya) gerçəkləşmiş "Kurqanların qurulması: Qafqaz, şimal-qərbi İran və şərqi Anadoluda kurqanlar və dəfn adətləri" adlı beynəlxalq elmi konfransdan sonra Azərbaycanda arxeoloji araşdırmalar aparacaq Azərbaycan-İtaliya Beynəlxalq arxeoloji ekspedisiyası üzvlərinin toplantısı keçirilmişdi. Görüş zamanı qarşılıqlı əməkdaşlıq məsələləri və gələcək tədqiqat planları müzakirə olunmuşdu. Müzakirələrdə 2018-ci ilin iyun ayında beynəlxalq ekspedisiya tərəfindən Azərbaycan ərazisindəki kurqan abidələrində arxeoloji qazıntılardan götürüləcək nümunələrin müxtəlif elm sahələri üzrə dünyanın qabaqcıl laboratoriyalarında analizi və elmi nəticələrin iştirakçı mütəxəssislərin həmmüəllifliyi ilə nüfuzlu elmi nəşrlərdə dərci nəzərdə tutulmuşdu.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
17.06.2018
"Bakılı oğlanlar"dan Məmmədxanovun qızına toy sürprizi - Video
16.06.2018
Sabahın hava proqnozu açıqlandı
16.06.2018
Ermənistandan növbəti təxribat
15.06.2018
Azərbaycanda Ramazan bayramı qeyd olunur
14.06.2018
Azərbaycanda doğulan qızların sayı azalır, lakin...