Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6316

Digər sorğular

Bakı Kiyev ilə danışıqlar aparır: Yeni hərbi silahlar

13:53  |    13 İyun 2018  |   E-mail  |  Çapa göndər


Bakı və Kiyev Ukraynanın səyyar tank əleyhinə raket kompleksi “Korsar”ın birgə istehsalı ilə bağlı danışıqlar aparır.

Qaziler.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı “AzeriDefence” saytı “Ukroboronprom” Dövlət Konserninin nümayəndəsinə istinadən yayıb. Konsernin nümayəndəsi bu istiqamətdə danışıqların 2016-cı ildən başladığını bildirib:

“Azərbaycan Ordusu “Korsar” və Ukrayna ilə Belarusun birgə istehsalı olan “Skif” tank əleyhinə raket kompleksini əldə etməkdə maraqlıdır. Ukrayna yaxın gələcəkdə müdafiə sənayesinin genişləndirilməsinə başlayacaq. Bunun üçün xarici ölkələrdə nümayəndəliklərin açılması nəzərdə tutulub. Belə ofislərdən birinin Azərbaycanda da açılması planlaşdırılıb”.

Qeyd edək ki, “Korsar”ın sınaqları 2015-ci ildə başa çatıb. Bu kompleks istənilən hava şəraitində 100 metrdən 2500 metrə qədər məsafədə olan hədəfləri məhv etmək gücündədir. “Korsar” optik və infraqırmızı nişangahlarla təchiz edilib.

“Skif” kompleksi isə 7 min metr məsafədə hədəfləri müəyyən edə bilir. Bu komplekslər 5 min metrə qədər məsafədəki hədəfləri məhv etmək gücündədir. Mətbuat bu komplekslərin hazırda Belarus, Ukrayna, Gürcüstan, Azərbaycan və Əlcəzair ordusunun silahlanmasında yer aldığını yazıb.
Sosial şəbəkələrdə paylaş



 
loading...
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
17.05.2019
Azərbaycan və Fransanın XİN başçıları Qarabağ münaqişəsinin həlli məsələsini müzakirə edib
17.05.2019
XİN Laçının işğalının 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
16.05.2019
Prezident İlham Əliyev Çexiya Parlamenti Deputatlar Palatasının sədrini qəbul edib
16.05.2019
Elmar Məmmədyarov Fransaya gedib
15.05.2019
Bakının İrəvana qarşı “Çin səddi”: Paşinyanın uğursuz Pekin səfəri