Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5771

Digər sorğular

Milli Qəhrəman Fred Asiflə bağlı tədbir keçirilib

21:58  |    12 İyun 2018  |   E-mail  |  Çapa göndər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin Peşə Reabilitasiya Mərkəzində Milli Qəhrəman Asif Məhərrəmova həsr olunmuş tədbir keçirilib.

Qaziler.az bildirir ki, “Qəhrəmanlarımızı tanıyaq və tanıdaq!” layihəsi çərçivəsində “Arabaçı Əlillər Şəbəkəsi” İctimai Birliyi tərəfindən təşkil edilən tədbirdə ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın dövlət himni səslənib.



Əlil ictimai birliklərinin, Qarabağ müharibəsi veteranlarının da iştirak etdiyi tədbirdə Milli Qəhrəman Asif Məhərrəmovun həyatı və şərəfli döyüş yolu, şücaəti barədə məlumat verilib. Tədbirdə Azərbaycan torpaqlarının bütövlüyü uğrunda döyüşlərdə düşmənə sarsıdıcı zərbələr endirən, bu döyüşlərdə qəhrəmancasına həlak olan Vətən övladlarının xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağı, onların həyat və mübarizə yolunun tariximizə qızıl hərflərlə yazılmış vətənpərvərlik nümunələri olduğu vurğulanıb.



“Arabaçı Əlillər Şəbəkəsi” İctimai Birliyinin sədri İlham Məhərrəmov layihənin Milli Qəhrəmanlarımızın daha yaxından tanıdılması və eyni zamanda, gənclərimizin hərbi-vətənpərvərlik tərbiyəsinə töhfə vermək məqsədinə xidmət etdiyini bildirib. O layihə çərçivəsində Mərkəzdə Milli Qəhrəmanlar Mübariz İbrahimov, Cavanşir Rəhimov, Çingiz Qurbanov, Sahil Məmmədov və başqaları ilə bağlı tədbirlərin də təşkil olunacağını bildirib.



Tədbirdə Milli Qəhrəman Asif Məhərrəmov haqqında çəkilmiş film nümayiş olunub, Laçın musiqi məktəbinin ansamblının ifasında vətənpərvərlik mahnıları səsləndirilib.



Xatırladaq ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir.



Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
21.08.2018
Bakıda hərəkətə mane olan taksi dayanacaqları ləğv edilir
21.08.2018
Bəzi rayonlarda şimşək çaxacaq, leysan yağacaq - XƏBƏRDARLIQ
20.08.2018
Prezident İlham Əliyev Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib
20.08.2018
Sabahın hava PROQNOZU
19.08.2018
Elçibəyin oğlu əsəbləşdi: “Atamın adından saxta profil açıb....”