Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5894

Digər sorğular

Deputat uşağı döyən tərbiyəçi haqda: Çox ciddi şəkildə...

20:38  |    12 İyun 2018  |   E-mail  |  Çapa göndər

Bu cür psixoloji vəziyyəti olan şəxslərin təhsil müəssisələrində çalışmalarına imkan verilməməlidir.

Axar.az xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva Milli Məclisin növbədənkənar plenar iclasında “Kids Studio” bağçasında uşaqlara qarşı zorakılıq tətbiq edilməsi ilə bağlı danışarkən deyib. Deputat “Təhsil haqqında” qanuna bir sıra vacib dəyişikliklərin edilməsini təklif edib:

“Kids Studio”da baş verən hadisə bütün cəmiyyətdə, özəlliklə uşaqlarını bağçalara göndərən ailələr arasında ciddi narahatlıq doğurub. Bu cür psixoloji vəziyyəti olan şəxslərin təhsil müəssisələrində çalışmalarına imkan verilməməlidir. Qanuna edilən yeni dəyişiklikdə təhsil müəssisələrində psixoloji xidmətin təşkil olunması ilə bağlı maddəni dəstəkləyirəm. Bu psixoloji xidmət tək uşaqlar üçün deyil, məktəb və məktəbəqədər təhsil müəssisələrində çalışanları da əhatə etməlidir. Məktəbəqədər və məktəbyaşlı uşaqlar arasında nevrozların, aqressiv halların, intihara meyilliliyin artmasının qarşısını almaq və bu halların azalmasına nail olmaq üçün məktəbəqədər müəssisələrdə və məktəblərdə psixoloji xidmət ciddi şəkildə təmin olunmalıdır. Bu işin həyata keçirilməsi üçün peşəkar kadrların hazırlanması prosesinə xüsusi diqqət yetirilməlidir”.

Millət vəkili valideynlərin müraciəti ilə təqvim ilinin sonunadək 6 yaşı tamam olan uşaqların məktəbə qəbul edilməsi və xüsusi istedadlı uşaqların təhsil müəssisəsinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada daha erkən yaşda qəbul edilməsi ilə bağlı əlavəni dəstəklədiyini bildirib.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
31.07.2018
Mattarella Bakıdan sonra niyə İrəvana getdi? Şərh
30.07.2018
Bu hərbi bazaları ona görə qapatdıq ki... - Lavrov
28.07.2018
Baxçalıdan Trampa: Bu ayıbdır, əxlaqa ziddir!
26.07.2018
Zaranı qəsddən göndəriblər- deputatdan sensasion iddia
25.07.2018
"Jara"dan Zaranın tədbirdə iştirakı ilə bağlı - Açıqlama