Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5894

Digər sorğular

Türkiyə səfiri Gürcüstanın TANAP-ın açılışında təmsil olunmamasına münasibət bildirib

16:59  |    12 İyun 2018  |   E-mail  |  Çapa göndər


Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan Gürcüstanın TANAP layihəsinin açılışında təmsil olunmamasına münasibət bildirib.

APA-nın yerli bürosunun məlumatına görə, diplomat Gürcüstan nümayəndə heyətinin mərasimdə iştirak etməməsinin səbəbini bilmədiyini deyib.

F. Ceren Yazqan açılış mərasimində Gürcüstanı bu ölkənin Türkiyədəki səfiri İrakli Koplatadzenin təmsil edəcəyini söyləyib: “Bu, son dəqiqə verilən qərar oldu. TANAP layihəsi Türkiyə, Azərbaycan və Gürcüstanı birləşdirir. Biz hər zaman Gürcüstandan olan dostlarımızı Türkiyədə görmək istəyirik. Lakin onlar Türkiyədə olmasalar belə, biz onları yanımızda hiss edirik”.

Qeyd edək ki, bu gün Əskişəhərdə TANAP layihəsinin açılış mərasimi keçiriləcək. Tədbirdə Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edəcək. R. T. Ərdoğan Gürcüstan prezidenti Giorgi Marqvelaşvilini iyunun 1-də mərasimdə iştiraka dəvət etmişdi.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
19.10.2018
2019-cu ilin büdcə GƏLİRLƏRİXƏRCLƏRİ bu qədər olacaq
18.10.2018
Cocuq Mərcanlıda özünüməşğulluq proqramına cəlb edilən şəxslərlə görüş keçirilib
16.10.2018
Etimad Əsədov vəfat etdi
15.10.2018
Bu ay 6 rayon və şəhərdə əmək yarmarkası keçirilib
13.10.2018
“Bir həftədə 10 əsgər öldü, bunu bilən var?...” - öldürülən erməni əsgərin qohumu