Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5618

Digər sorğular

Təhsil Nazirliyi: ““Kids studio” uşaq bağçası qanunsuz fəaliyyət göstərib”

12:46  |    12 İyun 2018  |   E-mail  |  Çapa göndər


Xəbər verdiyimiz kimi, Bakıda yerləşən özəl bağçalardan birində uşaqların tərbiyəçi tərəfindən zorakılığa məruz qalması ilə bağlı görüntülər yayılıb.

Görüntülər müxtəlif tarixlərdə müşahidə kameraları tərəfindən lentə alınıb.

Belə ki, Yasamal rayonu ərazisində yerləşən “Kids studio” uşaq bağçasında tərbiyəçi işləyən Firuzə Tağıyeva uşaqlara qarşı zorakı hərəkətlərə yol verib. Artıq həmin tərbiyəçi işdən uzaqlaşdırılıb. Eyni zamanda, bağça fəaliyyətini dayandırıb.

Uşaqlara qarşı bu cür qəddar davranış sərgiləyən təhsil işçisinin neqativ hərəkətləri ictimaiyyətin qınağına tuş gəlib.

Modern.az saytı rəsmi qurumlar olan Təhsil Nazirliyi və Bakı Şəhəri Təhsil İdarəsinin mövqeyini öyrənməyə çalışıb.


Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov məsələyə bu cür münasibət bildirib.

“Təhsil müəssisələrinin, o cümlədən bağçaların fəaliyyətinə dair lsenziyaların verilməsi müvafiq dövlət qurumu tərəfindən həyata keçirilir. Bu zaman Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş təhsil müəssisələrinin tikintisinə, maddi-texniki təchizatına dair vahid normalar, ümumi- sanitariya gigiyena tələbləri, şagird yerləri ilə təminat normativlərinə uyğunluğu Təhsil Nazirliyinin ekspertləri tərəfindən yoxlanılır.

O ki qaldı Bakı şəhərində fəaliyyət göstərən “Kids studio” uşaq bağçası ilə bağlı məsələyə, onu deyə bilərik ki, bu müəssisə lisenziyasız qeyri-qanuni fəaliyyət göstərir”.

Bakı Şəhəri Təhsil İdarəsindən isə qısa olaraq belə açıqlama verilib:

“Adıçəkilən bağçanın bizə nə səlahiyyət baxımından, nə də rəsmi bağlılığı var”
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
12.06.2018
190 azərbaycanlı zəngin Türkiyənin Alanya şəhərində villa alıb - ŞOK QİYMƏTLƏR
11.06.2018
Təhsil Nazirliyi:Kids studio” uşaq bağçasının fəaliyyəti...
08.06.2018
Xaçmazda at əti - Əməliyyatı
08.06.2018
Professorun Rusiyadakı savadsız çıxışı yayıldı: özü danışdı - Video
06.06.2018
Göyçay körpüsünə görə onlara cinayət işi açıldı - Şok adlar