Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5632

Digər sorğular

İrəvan təşviş içində: Bakı və Ankara əməliyyata başlaya bilər

20:40  |    11 İyun 2018  |   E-mail  |  Çapa göndər

Azərbaycanın Naxçıvan istiqamətində Günnüt kəndini işğaldan azad etməsi Ermənistanda böyük həyəcana səbəb olub.

Axar.az xəbər verir ki, erməni ekspertlər artıq indidən İrəvanın ehtiyatlı davranması gərəkdiyini bildiriblər. Günnütün azad edilməsinin Türkiyə-Azərbaycan ittifaqının məhsulu kimi təqdim etməyə çalışan erməni ekspertlər Ermənistan üçün ağır vəziyyətin yarandığını etiraf etməyə başlayıblar.

Ermənistan Demokratik Partiyasının sədri Aram Sərkisyan Ermənistana Naxçıvandan Türkiyə və Azərbaycanın təhdid yaratdığını deyib:

“Qarabağ istiqamətində danışıqlar dalana dirənə bilər. Bu fonda Naxçıvan istiqamətindəki hazırlıqlar narahatlıq yaratmaya bilməz. Erməni diplomatiyasının vəzifəsi xarici tərəfdaşlarla bu istiqamətdə aktiv müzakirələrin aparılmasıdır”.

Sərkisyanla bərabər digər erməni politoloq Yervan Bozoyan da guya Azərbaycanın İrəvana təhdid yaratdığını və bunun üçün beynəlxalq konfrans çağırılması gərəkdiyini deyib:

“Strateji tərəfdaşlarımızla əməkdaşlığımızı aktivləşdirməliyik. Qərbin İrana qarşı sanksiyaları situasiyanı daha da böyük təhlükəyə atır. Mənə elə gəlir ki, Qərbin antiiran addımları Türkiyəyə regionda yaşıl işıq yandıra bilər. Buna heç bir halda izn vermək olmaz”.

Görünür strateji tərəfdaş dedikdən erməni ekspertlər Rusiyanı nəzərdə tutublar. Məxməri inqilabdan sonra Moskvanın guya təsirini zəiflətməyə çalışan Ermənistan rəhbərliyi özünə bağlı olan ekspertlərin vasitəsilə Kremlə yeni siqnallar verməyə başlayıb. Türkiyə və İran sərhədini Moskvaya bəxşiş edən İrəvan indi də Naxçıvanla sərhədi Moskvaya verməyi planlaşdırır.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
22.06.2018
Ermənistan Günnüt əməliyyatından sonra Azərbaycandan xahiş edib
22.06.2018
Qarabağda müharibə davam edir, sadəcə... – Polkovnik
22.06.2018
Cəbhədə atəşkəs yenidən pozulub
21.06.2018
Cocuq Mərcanlıya daha 50 ailə köçürüldü
21.06.2018
Şahbaz Quliyevin vəziyyəti pisdir