Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5890

Digər sorğular

Koçaryan, Sarkisyan və Qaragenin başı dərddə: Cinayətləri üzə çıxır - Video

14:46  |    09 İyun 2018  |   E-mail  |  Çapa göndər

Robert Koçaryan və Serj Sarkisyanın vaxtında yüksək vəzifə tutmuş şəxslərdən biri - Qriqor Qriqoryan Koçaryanın tapşırığı ilə əli yalın əhaliyə atəş açdıqlarını etiraf edib.

Daxili qoşunların keçmiş komandiri, daha sonra "Çiçəklənən Ermənistan" fraksiyasından deputat olan Qriqor Qriqoryan 2008-ci il martın 1-də Ermənistanda seçki saxtakarlığına qarşı əhalinin dinc etiraz aksiyasının dağıdılması, insanların gülləbaran edilməsi və nəticədə 10 nəfərin qətlə yetirilməsinin Koçaryanın əmri ilə olduğunu deyib. Qriqoryan ifadəsində bildirib ki, həmin vaxt daxili qoşunlarda rəhbər şəxs olduğu üçün ölkə prezidentinin əmrindən kənara çıxa bilməyib. O, dediklərinin həqiqəti əks etdirdiyini sübut etmək üçün 2008-ci il 1 mart hadisələri ərəfəsində Robert Koçaryanla telefon danışıqlarının səs yazsını istintaqa təqdim edə biləcəyini deyib.

Ermənistanın "1in.am" sayti yazır ki, hazırda bir çox yüksək çinli məmurlar, biznesmenlər Robert Koçaryanın həbs olunacağı günü gözləyirlər. Onlar bildirirlər ki, Koçaryan-Sarkisyan cütlüyü bu illər ərzində Ermənistanda qanunsuzluğun hökm sürməsi, insan haqlarının kobud şəkildə pozulması, iqtisadiyyatın hakim Qarabağ klanı tərəfindən mənimsənilməsi, sosial və iqtisadi durumun acınacaqlı vəziyyətə düşməsi, insanların bu ölkədən baş götürüb getməsinə görə birbaşa məsuliyyət daşıyır.

Qriqor Qriqoryan həmçinin bildirib ki, Katolikos ll Qaregin 2008-ci il martın 1-də dinc etiraz aksiyasının gülləbaran edilməsində Ermənistanın o vaxtkı hakimiyyətinə öz xeyr-duasını verib. Katolikos erməni xalqının bəlalarında heç də Sarkisyan və Koçaryandan az cavabdeh deyil. Bu işğalçılıq ideologiyasının, qondarma soyqırımı iddialarının əsas ilhamvericilərindən biri də həmin Qaregindir. Yeri gəlmişkən, bu günlərdə İravənda II Qaragenə qarşı etiraz aksiyasi keçirilib. Dindarlar, onun postundan istefa verməsi tələbi ilə küçələrə axışıblar. Etirazçılar onun kilsə pulları hesabına şəxsi biznesini inkişaf etdirdiyini və işçilərinin maaşını vermədiyini bildiriblər. II Qaragen isə istefa verməyəcəyini açıqlayıb. Bunun ardınca narazı kütlə Qaragenə qarşı etirazların geniş şəkildə davam etdiriləcəyini vurğulayıblar.

Nikol Paşinyana gəlincə, o, quldur rejimin üzvləri olan Robert Koçaryan, Serj Sarkisyan və II Qaragenə toxunmur. İnqilab yolu ilə hakimiyyətə gələn yeni baş nazir jurnalistlərə sərsəm bəyanatlar verərək, ölkədəki problemləri "sehirli çubuqla" həll edəcəyini deyib.

Görünür, onun "sehirli çubuğu" işə düşə bilmir. Yaxud da ki, Nikolun özü hansısa qüvvələrin əlində siyasi vastəyə çevrildiyindən marionet durumundan xilas ola bilmir.

Qaziler.az "Xezerxeber"in mövzu ilə bağlı hazırladığı videomaterialı təqdim edir:
">
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
12.08.2018
Xəzərin hüquqi statusu haqqında Konvensiya imzalandı - FOTOLAR,VİDEO
05.08.2018
İran professorundan şok şərh
31.07.2018
Rusiyanın Gümrüdəki bazasında dava: Yaralılar var
28.07.2018
Paşinyan: “Türkiyə ilə şərtsiz əlaqələr qurmağa hazırıq” - Sensasiyalı müsahibə
26.07.2018
Köçəryan istintaqa ifadə verir