Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5837

Digər sorğular

ƏƏSMN mayda “Elektron Hökumət” portalında əhaliyə göstərilən xidmətlərin sayını açıqlayıb

11:23  |    08 İyun 2018  |   E-mail  |  Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə əhaliyə təqdim olunan elektron xidmətlərə ötən ay 820 352 müraciət qeydə alınıb.

Nazirlikdən Qaziler.az-a verilən xəbərə görə, bu göstərici ilə Nazirlik “Elektron Hökumət” portalında e-xidmətlərinə ən çox müraciət edilən qurum olub.

Ümumilikdə may ayında portal vasitəsilə edilən müraciətlərin ümumilikdə 43%-ni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərinə aid müraciətlər təşkil edib. Son bir ayda “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” (366 331 müraciət), “İş yerinə dair arayış” (59 475 müraciət), “Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi” (46 535 müraciət), “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” (39 546 müraciət), “Məcburi dövlət sosial sığortası üzrə hesabatların təqdim edilməsi” ( 29 122 müraciət), “Pensiya kalkulyatoru” (27 669 müraciət) və s. kimi e-xidmətlər daha çox maraq dairəsində olub.

Bundan başqa, “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi”, “Məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi”, “Sığortaolunanın onlayn uçota alınması”, “Sığortaolunanlara məlumatların verilməsi” və digər e-xidmətlərdən istifadə olunub.

Hazırda nazirlik tərəfindən əhaliyə 28 adda e-xidmət göstərilir. Həmin e-xidmətlər nazirliyin fəaliyyət sahələri üzrə dövlət xidmətlərinin şəffaf şəkildə təqdim edilməsinə və daha əlçatan olmasına, bu sahələrdə məmur-vətəndaş təmasının minimal səviyyəyə enməsinə imkan verib.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“İşləyən qadın - inkişaf edən cəmiyyət” mövzusunda seminar keçirilib
21.09.2018
Sahil Babayev 4 rayon və şəhərin sakinləri ilə görüşüb
21.09.2018
Sahil Babayev və Orxan Məmmədov memorandum imzalayıblar
19.09.2018
Məişət zorakılığına məruz qalan uşaqlara müxtəlif növ yardım göstərilib
18.09.2018
Məcburi köçkünlərin növbəti qəbulu keçirilib