Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5894

Digər sorğular

Bayıldakı sürüşmə ərazisi ilə bağlı – Son qərar

22:20  |    07 İyun 2018  |   E-mail  |  Çapa göndər

Bu ilin fevral ayında sürüşmə baş vermiş Bayıl ərazisində hazırda stabil vəziyyət hökm sürür.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Onun sözlərinə görə, ərazidə qoyulmuş mayaklarda müşahidələr davam edir: “Orada stabil-gərgin vəziyyət hökm sürür. Ərazidə nə zamansa yenidən sürüşmə baş verə bilər.

Fevral ayında Teleqüllədən 250-300 metr cənub- şərqdə olan sağ yamacında gedən proses nəticəsində baş vermiş sürüşmə hadisəsi ilə bağlı apardığımız geoloji-tədqiqat işlərini başa çatdırmışıq. Ərazidəki vəziyyət haqda müfəssəl məlumat hazırlanıb və dünən baş idarəyə təqdim edilib. Müfaiq təşkilatlardan rəy almışıq. Növbəti həftə Nazirlər Kabinetinə təqdim edəcəyik”.

Əziz Qaralov deyib ki, Nazirlər Kabinetinə təqdim olunacaq hesabatda ərazinin geoloji cəhətdən qiymətləndirilməsi aparılıb. Təkliflərə əsasən, digər təşkilatlar sürüşmə baş vermiş ərazidə bərkitmə işlərinin aparılmasını həyata keçirəcək. Daha sonra sakinlərin daimi yaşayış yerlərinə qayıtması yaxud ərazaidə yaşayışın dayandırılması ilə əlaqədar qərar veriləcək”.

Qeyd edək ki, fevreal ayında Bakı şəhəri Səbail rayonunun ərazisindəki Bayıl yamacında sürüşmə qeydə alınmışdı.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
31.07.2018
Gəncə hadisələrinə görə həbs olunanların adları bilindi
31.07.2018
Prezident Əli Həsənovu təltif etdi - RƏSMİ
30.07.2018
Gəncə olayı: 4 nəfər məhv edildi, 61 nəfər... - Rəsmi
28.07.2018
Komandalar artilleriya atışlarını məşq etdirdilər
27.07.2018
Astarada avtomobil yolunun tikintisi ilə bağlı SƏRƏNCAM