Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5771

Digər sorğular

Mikayil Müşfiqin xatirəsi sığışmayan muzey - VİDEO

16:59  |    06 İyun 2018  |   E-mail  |  Çapa göndər


5 iyun sevgi şairi, tərcüməçi, pedaqoq, azərnəşrin direktoru Mikayıl Müşfiqin doğum günüdür.

110 illiyi ilə əlaqədar onun ata yurdu olan Xızıya yola düşdük. Həm orada keçirilən tədbiri işıqlandırdıq, həm də Müşfiqin ev muzeyinə baş çəkdik.

1988-ci ildə burada əvvəlcə Müşfiqin büstü qoyulub. Sonra bu xatirə muzeyi 1990-cı ildə Müşfiqsevərlər tərəfindən inşa edilib. Yəni həmin ərəfədə dövlət tərəfindən heç bir dəstək olmayıb. Lakin sonralar dövlət qayğısıyla təmir olunub və demək olar ki, hər il Müşfiqin doğum və anım günlərində burada tədbirlər keçirilir. Buna baxmayaraq, muzey çox kiçikdir. Yəni şairin bir misrasında çizdiyi aləm bu otaqdan xeyli böyükdür.

Yazılı ədəbiyyatda Müşfiqin Bakıda doğulduğu qeyd edilir. Amma Xızılılar deyir ki, Müşfiq Xızının Sayadlar kəndində doğulub. 6 aylıq olanda anası rəhmətə gedib. Bir müddət ona Səriyyə adlı qohumu baxıb. Sonralar atası Əbdülqədir İsmayılzadə onu da Bakıya aparıb. İndi nə Sayadlar kəndi var, nə də Müşfiq. Xızı cənnət yerdir. Amma bu yerlər boz, çılpaq torpaqlardan ibarətdir.

Maraqlı bir şey də deyim. Bu boyda boz çöllükdə oazis kimi bircə yer var. O da elə Müşfiq ocağıdır. Buradan balaca çay da axır. Hara getsə bir ucu ya altdan, ya üstdən Xəzərə qovuşur. O Xəzərə ki, Müşfiqi elə belə çöl-biyaban bir adada güllələyib nəşini sularına atıblar.

İndi onu sevənlər hər bura gəlib bu çaya toxunanda ona salam göndərirlər. Salam, Müşfiq! (Real.tv)

Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
20.08.2018
“Türkiyə ədəbiyyatı antologiyası” (poeziya) Azərbaycan dilində
18.08.2018
Cəbrayılın işğalının acı gerçəkləri - "Kaş gözlərim kor olaydı..." təqdim olundu
07.08.2018
Vladimir Danilenkonun “Qürub çağının işığında” kitabının onlayn versiyası təqdim edildi
02.08.2018
Əli Həsənovun kitabı Tbilisidə gürcü dilində çap olunub
31.07.2018
Azərbaycan poeziyası Belarusda