Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6209

Digər sorğular

Azərbaycan ədəbiyyatının iki böyük şairinin doğum günüdür “Müşfiq tarın, Səmədoğlu isə sazın dəlisiydi”

02:57  |    06 İyun 2018  |   E-mail  |  Çapa göndər

Bu gün Azərbaycan ədəbiyyatının iki böyük şairi, Mikayıl Müşfiq və Vaqif Səmədoğlunun doğum günüdür.

Tanınmış tənqidçi Əsəd Cahangir Moderator.az-a açıqlamasında hər iki şairin maraqlı xüsusiyyətlərini müqayisə edib:

“Müşfiq anadan, Səmədoğlu atadan yetim idi. Müşfiqə mələk adı qoymuşdular, Səmədoğluna şair adı. Müşfiq Səmədoğlunun atasını görmüşdü, Səmədoğlu Müşfiqin oğlunu görmədi. Müşfiq şeirə öz adı ilə gəlmişdi, Səmədoğlu isə atasını adı ilə. Müşfiq repressiyanın ən sərt vaxtı şeir yazırdı, Səmədoğlu isə yumşalma zamanı.

Müşfiqin sovetə qarşı çıxması qəhrəmanlıq idi, Səmədoğlununki düşüncə dəbi. Müşfiq hər şeyə inanırdı, Səmədoğlu heç nəyə inanmırdı. Müşfiq tarın dəlisiydi, Səmədoğlu isə sazın. Müşfiq Abşeronun şanısını sevirdi, Səmədoğlu bu şanıdan çəkilən çaxırı. Müşfiq şeiri misralarla yazırdı, Səmədoğlu cümlələrlə. Xəzərin fonunda, qayalıqların üstündə gənc bir oğlan oturub. Bu, Müşfiqin portretidir. Bakının küçələri ilə çiyininə çanta salmış, çalsaçlı bir kişi gedir. Bu, Səmədoğlunun portretidir. Müşfiq şeirmizin yeganə əbədi gəncidir, Səmədoğlu çoxsaylı qocalarından biri. Müşfiq xalqın şairi oldu, Səmədoğlu Xalq şairi”

Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
03.03.2019
Ruhun şad olsun, Fərman Kərimzadə!
25.02.2019
“Ermənistanda Azərbaycan mənşəli toponimlərin dəyişdirilməsi tarixi faktlarla” kitabının təqdimatı olub
22.02.2019
Xocalı ağrısını yaşadan “Ağrı” romanı Azərbaycan dilində
18.02.2019
Avstriya rəsmisi Azərbaycan Dövlət Tərcümə Mərkəzində
02.02.2019
Avtoritetin xatirələri - Bəhram Çələbi yazır