Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5839

Digər sorğular

Sərhəd pozucusu silahdan istifadə etdi: Qusarda insident

20:19  |    05 İyun 2018  |   E-mail  |  Çapa göndər

Qusar rayonunda dövlət sərhədini pozan şəxs hüquq-mühafizə orqanlarının əməkdaşlarına atəş açıb.

Teleqraf.com xəbər verir ki, iyunun 4-də saat 21:40 radələrində Qusar rayonunun Yuxarı Zeyxur kəndi ərazisindəki sərhəd zastavasının yaxınlığında bir nəfərin Azərbaycanın mühafizə olunan dövlət sərhədini pozmağa cəhd göstərməsi müəyyən edilib.

Saxlanılması ilə bağlı qanuni tələblərə tabe olmayan sərhəd pozucusu - 1996-cı il təvəllüdlü Zeynalov Vadim Mərdanoviç hüquq mühafizə orqanları əməkdaşlarına atəş açaraq silahlı müqavimət göstərib, cavab tədbiri olaraq xidməti silahdan istifadə olunmaqla zərərsizləşdirilib.

Meyitin üzərinə keçirilmiş baxış zamanı 1 ədəd “Makarov” tipli tapança aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Qusar rayon prokurorluğunda müvafiq araşdırmalar aparılır.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
14.09.2018
Elmar Vəliyev oğlu ilə restoranda
14.09.2018
İmam Hüseyn (ə.s.) məktəbinin sirri, fəlsəfəsi, estetikası və əxlaqı barədə
25.08.2018
"Lotu Quli"dən Afaq Aslanla bağlı paylaşım - FOTO
23.08.2018
Rəsulzadənin məktubları və fotoları sərgilənəcək
21.08.2018
Məhərrəm ayının başlama vaxtı açıqlanıb