Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 6139

Digər sorğular

Prezident İlham Əliyev Goranboyda avtomobil yolunun açılışında iştirak edib

16:11  |    05 İyun 2018  |   E-mail  |  Çapa göndər


Prezident İlham Əliyev Goranboy rayonuna səfər edib.

APA-nın məlumatına görə, səfər çərçivəsində dövlət başçısı bu gün Dəliməmmədli-Quşçular-Fəxralı-Qurbanzadə-Alpout avtomobil yolunun açılışında iştirak edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov prezidentə yolun texniki göstəriciləri barədə məlumat verib.

Bildirilib ki, 12 min nəfər əhalinin yaşadığı 5 məntəqəni birləşdirən Dəliməmmədli-Quşçular-Fəxralı-Qurbanzadə-Alpout avtomobil yolunun ümumi uzunluğu 14 kilometr, hərəkət hissəsinin eni isə 6 metrdir. Dördüncü texniki dərəcəli yol iki hərəkət zolaqlıdır. Layihə çərçivəsində 212 poqonmetr müxtəlif diametrli dəmir-beton suötürücü borular, yol nişanları və göstərici lövhələr quraşdırılıb, yol cizgi xətləri çəkilib. Yolun inşası yüksək səviyyədə, qısa müddətə və bütün texniki göstəricilərə riayət olunmaqla aparılıb. Bu yol sakinlərin rahat gediş-gəlişini təmin edəcək, həmçinin Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolu vasitəsilə respublikamızın istənilən istiqamətinə hərəkət etməyə imkan verəcək. Avtomobil yolunun tikintisi əhatə etdiyi 5 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılması ilə yanaşı, bu bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında da mühüm rol oynayacaq.

Dövlət başçısı yolun rəmzi açılışını bildirən lenti kəsib.


Sosial şəbəkələrdə paylaş



 
Aydinyol.az
Bölməyə aid digər xəbərlər
18.02.2019
SOCAR: “İdarə rəisinin saxlanıldığı barədə məlumatlar həqiqət deyil”
15.02.2019
Akademik Arif Paşayevin 85 yaşı tamam oldu
12.02.2019
“İndidən bazarlarda qiymətlər qalxıb” - Deputat
09.02.2019
Azərbaycan kiçik tonnajlı avtomobillər istehsal edəcək
31.01.2019
“Boş-boş danışırlar” – Baş bankirdən dolların bahalaşacağı xəbərinə REAKSİYA