Əvvələ 

SORĞU
Azərbaycan erməni işğalındakı torpaqlarını azad etmək üçün neyləməlidir?
Danışıqlar prosesini davam etdirməlidir
İşğalçılara qarşı hərbi əməliyyatlara başlamalıdır
Digər

  Nəticələr!    İştirak edənlər: 5618

Digər sorğular

Tiflisdə yeni məxməri inqilab hazırlanır - Ekspert

16:40  |    03 İyun 2018  |   E-mail  |  Çapa göndər


Gürcüstanda son zamanlar baş verən etiraz aksiyalarının görünən səbəblərini hüquq-mühafizə orqanlarının özbaşınalığı ilə izah etsələr də, əslində, problemin kökündə daha ciddi məsələlər durur.

Bu sözləri Axar.az-a açıqlamasında beynəlxalq əlaqələr üzrə ekspert Elşən Mustafayev deyib. O bildirib ki, hazırkı etirazlar keçən ilin dekabrında 16 yaşlı gəncin öldürülməsi ilə bağlı aparılan cinayət araşdırmasında prokurorluğun fəaliyyətsizliyi və cinayəti açmaq istəməməsinin nəticəsidir:

“Bu səbəbdən həmin gəncin atası xalqa müraciət edərək, onu müdafiə etməyə çağırmış və etiraz aksiyaları başlamışdı. Amma bu məsələyə görə onminlərlə insanın parlament qarşısında toplanması prosesin siyasiləşəcəyindən xəbər verir. Belə ki, kütləni sakitləşdirmək üçün baş prokurorun istefası heç bir nəticə verməyib. Ölkənin baş nazirinə etirazçılar qarşısında çıxış etməyə imkan verilməyib və onun istefası tələb olunub. Əsas müxalif siyasi partiyaların nümayəndələri mitinqçilər arasında olsalar da, hələlik onlar açıq şəkildə etirazçıların önündə deyillər. Bu da hakimiyyətdən narazı olan partiyasız insanların etirazçılara qoşulmasına gətirib çıxardır”.

Ekspert vurğulayıb ki, sözsüz ki, hadisələri istiqamətləndirən və siyasiləşdirməyə doğru aparan güclər fəaliyyətdədir:

“Bu fəaliyyət keçən ilin sonlarından başlayaraq daha aktiv şəkildə həyata keçirilir. Onların işlərini asanlaşdıran amil isə son illərdə Gürcü Arzusu Partiyasının nüfuzunun aşağı düşməsi və narazılığın artmasıdır. Onların hakimiyyətə gəldiyi zaman verdiyi vədlərin əksəriyyətinin həyata keçirtmək imkanlarının olmaması və ya bunu istəməmələri hazırda insanlar arasında müzakirə olunan əsas mövzulardandır. Gürcü Arzusu hakimiyyətə gələndən sonra isə Saakaşvilinin nüfuzu durmadan artır. Onun Gürcüstan vətandaşlığından çıxarılmasına baxmayaraq, hazırda insanlar tərəfindən çox hörmət olunan siyasətçidir. Saakaşvilinin şəxsi nüfuzu sayəsində prosesləri istiqmətləndirməık imkanları yüksəkdir. Onun Ukraynada problemlər yaşaması, zorla deportasiyası, gürcü millətindən olan siyasətçi kimi orada mütamadi olaraq aşağılanması gürcü xalqının milli hisslərinə toxunduğu üçün ona olan rəğbət daha da artıb”.

Ekspertin sözlərinə görə, ölkə daxilində mövcud hakimiyyətdən narazı siyasi partiyalar da istənilən vaxt birgə mübarizə aparmaq üçün birləşməyə məcburdurlar:

“Ən başlıcası Qərb və ABŞ-ın bu məsələlərə nə şəkildə yanaşacağı və kimlərə dəstək verəcəyidir. İvanişvili Qərbdə Rusiyaya yaxın siyasətçi kimi qəbul olunur və onlar üçün Saakaşvili ilə müqayisəolunmazdır. Bütün bunları və ola biləcəkləri yaxşı bildiyi üçün Gürcüstan hakimiyyətini faktiki idarə edən Bidzina İvanişvili keçən ay yenidən Gürcü Arzusu Partiyasının başına keçdi. Çox güman ki, bundan sonra da baş nazir olacaq. O, bununla insanlar arasında narazılığı azaltmağa, mümkün hakimiyyət dəyişikliyinin qarşısını almağa çalışacaq. Lakin insanların etirazları davamlı olacağı halda parlamentin buraxılması və yeni seçkilərin keçirilməsi qaçılmazdır. Ermənistan təcrübəsini unutmaq olmaz. Etirazlar orada da təxminən eyni ssenari ilə getmişdi. İrəvanda ilkin səbəb siyasi məsələ idi, burada da ictimai problemdən doğan səbəbin siyasi tələblərə çevrilməsi mümkündür”.

Qeyd edək ki, ötən ilin dekabrın 1-də Tiflisdə 16 yaşlı David Saralidze və Levan Dadunaşvili mübahisə zamanı bıçaqlanaraq öldürülüblər. Məhkəmənin cinayəti törədən şəxsləri qismən təqsirli bilməsi ölənlərin ailə və yaxınlarının ciddi qəzəb və etirazına səbəb olub. Nəticədə Tiflisdə genişmiqyaslı aksiyalar başlayıb. Aksiyalardan sonra ölkənin baş prokuroru istefaya gedib.
Sosial şəbəkələrdə paylaş



 
Bölməyə aid digər xəbərlər
13.06.2018
Dağ Yəhudiləri Dini İcmasının sədri Tərcümə Mərkəzində
13.06.2018
Gürcüstanda azərbaycanlı icra başçısı saxlanılıb - YENİLƏNİB
22.05.2018
Əfqanıstanla əmək və sosial müdafiə sahəsində əməkdaşlıq inkişaf etdiriləcək
22.05.2018
AMİP Etibar Məmmədovun oğlu ilə bağlı yayılan xəbərləri təkzib etdi
21.05.2018
Bakıda BƏT-in Baş direktorunun iştirakı ilə beynəlxalq konfrans keçirilir